“Beşiktaş” "Qalatasaray"ı darmadağın etdi - VİDEO

Türkiyə Super Liqasında XIV tura start verilib. Apasport.az saytının məlumatına görə, turun ilk görüşündə “Akhisar”la “Yeni Malatyaspor” üz-üzə gəlib.

Matçda hesab açılmayıb.

Həftənin mərkəzi görüşü də bu gün baş tutub. Son çempion “Beşiktaş” doğma divarlar arasında hazırkı lider “Qalatasaray”ı qəbul edib. Qarşılaşma "Beşiktaş"ın böyük hesablı qələbəsilə sona çatıb: 3:0

İstanbulun bir digər böyük komandasın “Fənərbaxça” isə bazar günü “Kasımpaşa”nı qəbul edəcək.

Liderlər mövqeyində qərarlaşmış “Başakşəhər” də həftəsonunu evdə keçirəcək. Komanda “Osmanlıspor”u sınağa çəkəcək.

Türkiyə Super Liqası

XIV tur

2 dekabr

“Akhisar” – “Yeni Malatyaspor” – 0:0

“Karabükspor” – “Göztəpə” – 0:1

Qol: Yahoviç, 58

“Beşiktaş” – “Qalatasaray” - 3:0

Qollar: Cenk, 46, Tosiç, 70, Neqredo, 90+1

3 dekabr

15:00 “Gənclərbirliyi” – “Sivasspor”

15:00 “Konyaspor” – “Bursaspor”

17:30 “Başakşəhər” – “Osmanlıspor”

20:30 “Fənərbaxça” – “Kasımpaşa”

4 dekabr

21:00 “Alanyaspor” – “Kayserispor”

21:00 “Trabzonspor” – “Antalyaspor”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar