ABŞ YPG-yə silah tədarükünü dayandıracaq

ABŞ-ın müdafiə naziri Ceyms Mettis ölkəsinin Suriyada YPG kürd terrorçu qruplaşmasına silah tədarükünü dayandıracağını bəyan edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, C.Mettis buna artıq ehtiyac qalmadığını qeyd edib.

“Biz prezident Domald Trampın bəyanatları çərçivəsində hərəkət edəcəyik. Kürd dəstələri artıq silahlandırılıb. Və nəzərə alsaq ki, koalisiya hücum əməliyyatlarını dayandırmaq üzrədir, silahlandırmaya artıq ehtiyac yoxdur”, - deyə nazir qeyd edib.

Bundan əvvəl Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib ki, D.Tramp R.T.Ərdoğanla telefon danışığı zamanı YPG-yə silah tədarükünün dayandırılmasına dair göstəriş verdiyini bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar