ZİYA MƏMMƏDOVUN DAHA BİR KADRI QOVULDU - Növbədə kimlərdir?

Ziya MamedovKeçmiş nazirin Ucar və Zərdabda icra başçısı olan yaxınlarının da eyni aqibəti yaşayacağı şübhəsizdir

Sabiq nəqliyyat naziri Ziya Məmmədov vəzifədən azad ediləndən və onun nazirliyi ləğv olunandan sonra onun mal-mülkünün, biznesinin əlindən alınması prosesi başladı. Habelə uzun illər ərzində onun müxtəlif vəzifələrə yerləşdirdiyi qohumları, yaxınları, kadrları tutduqları postlardan kənarlaşdırılmağa başladılar. Əlbəttə, dövlət rəhbərliyi bu addımları atmaqda tam haqlıdır. Nədən ki, Ziya Məmmədov nazir səlahiyyətlərindən sui-istifadə edərək, məhz dövlətdən oğurladığı pullar hesabına oliqarxa çevrilmişdi. Onun oğlu Anar Məmmədovun (Azərbaycandan qaçıb, hazırda ölkə xaricindədir) idarəetməsinə verdiyi böyük biznesi - tikinti, sığorta şirkətləri, "Bank of Azeribaijan", özəl mülkə çevirdiyi Bakı Beynəlxalq Avtovağzalı, Qubadakı istirahət mərkəzi, Ucardakı heyvan və quşçuluq fermaları, ölkə boyunca saysız-hesabsız villaları xalqdan, büdcədən xortumladığı vəsait hesabına idi. Həmin mülklər, biznes strukturları təbii ki, xalqa, cəmiyyətə harınlıq səviyyəsində davranışlar sərgiləyən, nəhayətdə çörəyini yedikləri iqtidara qarşı siyasi səhvlər edən Məmmədovların əlində qala bilməzdi.

Картинки по запросу ziya məmmədov anar məmmədov

Yuxarıda sadalanan mal-mülkləri, biznes strukturları Ziya Məmmədovun əlindən alınıb. Onun aşkarlanan villaları da bu və ya digər şəkildə dövlət nəfinə keçirilib. Məsələn, oktyabrın sonunda Ziya Məmmədovun Göyçayın Potu və Hüngütlü kəndləri ərazisindəki 40 hektardan çox bağ sahəsi və o ərazidə inşa etdirdiyi möhtəşəm villası əlindən alındı, "AzNAR" QSC-nin balansına verildi. Həmin mülkə görə "AzNAR"ın ödədiyi 4,5 milyon manat isə Ziya Məmmədovun nazir olarkən dövlətə vurduğu ziyanın bir qismi kimi dövlətə köçürüldü.

Nəzərə çatdıraq ki, Ziya Məmmədov nazir postundan uzaqlaşdırılandan və Nəqliyyat Nazirliyi bir struktur kimi ləğv edilib, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə birləşdiriləndən sonra sabiq nazirin dönəmində NN-də baş verən maxinasiyalar araşdırılıb və 100 milyon manatdan çox büdcədən oğurladığı üzə çıxıb. Məmmədova mal-mülkünü satıb, zərəri ödəmək şərti qoyulub.

Bundan başqa, Z.Məmmədov nazir postundan uzaqlaşdırılandan sonra onun ən yaxın adamları - hansı ki, onun korrupsiya maşınları sayılırdılar - tutduqları postdan kənarlaşdırıldılar. İlk vurulanlardan biri də Göyçayın icra başçısı Mübariz Ağayev olmuşdu.

Картинки по запросу mübariz ağayev

Mübariz Ağayev

Bu gün isə prezidentin sərəncamı ilə Qubanın icra başçısı, Ziya Məmmədovun qohumu və kadrı Yaşar Məmmədov tutduğu vəzifədən azad edilib. Y.Məmmədov Qubadan əvvəl Ucarın icra başçısı idi. İnsanlara qan uddurmaqla yaddaşlarda qalıb.

Картинки по запросу yaşar məmmədov ucar

Yaşar Məmmədov

Ziya Məmmədovun kadrları bununla məhdudlaşmır. Hazırda Ucarın icra başçısı olan Mənsur Məmmədov, Zərdabın icra başçısı Lütfəli Babayev də Z.Məmmədovun birbaşa kadrı olmuş şəxslərdir. Mənsur Məmmədov Ziya Məmmədovun yaxın qohumudur.

Картинки по запросу lütfəli babayev

Lütfəli Babayev

WhatsApp Image 2017-12-02 at 18.36.40.jpeg (22 KB)

Mənsur Məmmədov

Heç şübhəsiz ki, Yaşar Məmmədovdan sonra növbə onlarındır(musavat.com).

 

635x100

Şərhlər

G.M 2017-12-03 09:37:11

Z.Məmmədovun aqibəti məlumdur.Lakin onun kadrları məsələsi doğru seçim deyil.İH Başçıları hamısı eyni tiplərdilər.Onların fərqi ancaq auralarındadır.Hətta yedikləri,geydikləri,gəzdikləri də səviyyələri kimi eynidir.Vaxtiylə kimin ``şirinliyini`` kim alıbsa da ayrılıqda fəailiyyətləri məlum özfəailiyyətdən ibarətdir.İşləri isə 90% torpaq alveridir.Ona görə də demək olar ki,hələ ki,fəailiyyət göstərən ``kadrlar`` hafiz hacıyevin səviyəsində olan,özgə heç nəyə yaramayan vətəndaşlardılar.

ali 2017-12-03 09:37:11

Ziya Məmmədovun təyin etdirdiyi RİH başçilarından elə azad olunan Mübariz Agayev və Yaşar Məmmədov bir az babat idi.Amma bu Mənsur Məmmədov həm əxlaq həm korrupsiya ümumən bütün parametrlərdə ən pisidir.Amma maraqlidir ki nisbətdə yaxşilar getdi pis qaldi.Mansur Zərdaba İHB təyin olunan anda poçt müdiri idi (2007) 450 milyon man pensiya pulunu mənimsəmişdi və haqqinda istintaq gedirdi.Sonradan Səlim Müslümov Ziya ilə qohum olandan sonra o pulu batirdi.

t.ədalət 2017-12-03 09:37:11

Belə bir aqibət,təəssüf ki milyarder,metronu talayan yapçı oliqarx Tağı Əhmədova tətbiq edilmədi.Halbuki oğrunun ağı-qarası olmur.Hakimiyyət bütün oğrulara qarşı eyni cür münasibət sərgiləyə bilmir.Tağı Əhmədov bir maliyyə oğrusu-"vor-zakonu"dur.Onun çırpışdırdığı milyardlar,bəli,milyardlar dövlətə qaytarılmalıdır.

Lissabon 2017-12-03 09:37:11

Ziya Selimle yox Heyder Esedovla qohum olub

Şüvəlanlı Paşa 2017-12-03 09:37:11

"ÇÖRƏYİNİ YEDİKLƏRİ İQTİDAR..." dünyəvi rituala çevrilib. Baş əyməyib keçən çətin ki, istəyinə nail olsun? Adı çəkilənləri keçmiş nazir vəzifəyə təyin edibmiş? Ölkəsində 5 milyona 5-də ayıran, xaricə 5-10 qat çox milyardları atan da Z.Məmmədov və ya digər azərbaycanlı ola bilməz. "Yeni dini nəzəriyyə"yə görə aləmin bircə işi kult-itaətdir və hər haqqın(sərvət, iş və s.) özəl sahibi vardır.

G.M.- e 2017-12-03 09:37:11

Hörmetli vetendaş, onlar , elece de nazirler, deputatlar, nece ferqli ola bilerler, hamısını qarşılarına qoyulan eyni vezife ve teleblerle eyni merkez teyin edirse. Şükürler olsun ki, her biri de bu vezife ve telebleri layiqince yerine yetirirler.

Müfəttiş 2017-12-03 09:37:11

L.Babayev heç zaman Ziyanın kurasiyasında olmayıb.Onun himayədarları, 10 Ziya kimisini satın alar. Musavat.com guya məlumatlı olub fantaziyasına güc verir, siz də təkrarlayırsınız. Adamdan soruşarlar ki, Ziyanın mülklərinin qarşılığında ödənilən vəsait hansı dövlət hesabına yerləşdirilib.Burda baş verənlər, bir talançının oğurladıqlarının yerdəyişməsidir vəssalam.

Səfər 2017-12-03 09:37:11

Heyf sendən ay Ziya.Gul kimi isin, qazancin, hormətin vardi. Ucara girən hər bir nəqliyyatin vəzifəli səxsləri sənin qahimini axtarirdi ki ona hormət eləsin sədasi bəlkə sənə cata.Azəryolda auditin rəisi var idi Mubariz Ucar yazilan plakatin qabağinda diz usdə durub səkil cəkdirmisdi ki bu torpağa qurban olum nə yaxsi Ziya kimi kisilər yetirib. Amma indi dəmir yolunda vurnuxur. Tək səndən əlini cəkməyən haqqini gondərən Saleh Məmmədovdu ki qanunsuz sədr təyin etdiyini hec unutmur para pulun vaxtinda catir

Nazim 2017-12-03 09:37:11

Elə Qurbanov da Z.Məmmədovun kadrıdır.İndi Dəmir yoluna keçdikdən sonra adını belə çəkmirlər.Onu Z.Məmmədov Nəqliyyat Nazirliyinin nəzdindəki "Azəravtoyol"a gətirmişdi və uzun illər birlikdə büdcə ayırmalarını paylaşırdılar. Nİyə o yaddan çıxarılır.Hamı gözəl bilir və görür ki, bu İcra başçıları hansı oyunlardan çıxır.Onların içərisində əgər təmiz və xalq üçün çalışamn birini tapsanız ona heykəl oyun.Vallah hamı ona səcdə edər. Bir də hansı naziri və İHB-nı tərpətsəniz altından rüşvət,korrupsiya çıxmaz?

ali 2017-12-03 09:37:11

hörmətli LİSSABON.Səlim Müslümov Heydər Əsədovla kirvə oldu.Kivrəbəyəm qohum deyil? Məsəl var deyillər "ALLAHİNDAN DÖNDÜN DÖNDÜN BƏS KİVRƏLİKDƏN DƏ DÖNDÜN?"

alosat 2017-12-03 09:37:11

Artiq qegdir yasadiqlarini yasadilar dagittiqlarini dagittilar sotlarinda milyoni Turkiyada bizneslari yuz gun ozumuzu giraq.

Son yazılar