MİSİR MƏRDANOVU AKADEMİYAYA BURAXMADILAR - “Kimin adamı var, qalxa bilər..."

Keçmiş nazir AMEA-dakı seçkilərdə 5 səs toplaya bildi

İyunun 30-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi və müxbir üzvlüyünə seçkilər keçirilib. AMEA-nın həqiqi üzvlüyünə 43, müxbir üzvlüyünə isə 265 nəfər namizədliyini irəli sürüb. Səsvermə nəticəsində 26 həqiqi və 50 müxbir üzv seçilib. Müxbir üzvləri arasında ölkə başçısı Ilham Əliyevin baldızı Nərgiz Paşayeva da var. Keçmiş təhsil naziri, AMEA-nın Riyaziyyat və Mexanika Institutunun direktoru Misir Mərdanov da müxbir üzvlüyə namizədliyini irəli sürüb. Lakin seçilə bilməyib.

“Azadlıq”a daxil olan məlumata görə, Misir Mərdanov 5 səs toplayıb. Maraqlıdır ki, Misir Mərdanovun iki işçisi Bilal Bilalov və Vaqif Quliyev müxbir üzvlüyə seçilib. Qeyd edək ki, AMEA-ya Prezident Administrasiyasının rəhbəri (PA) Ramiz Mehdiyevin təsir imkanları böyükdür. PA rəhbərilə ilə keçmiş nazir arasında isə münasibətlər gərgindir. Bəzi iddialara görə, Misir Mərdanovun seçkidə məğlub olması da məhz Ramiz Mehdiyevin ona mane olması ilə bağlıdır.

Yeri gəlmişkən, məlumatlarda bildirilir ki, Riyaziyyatvə Mexanika Institutunun direktorları AMEA-nın həqiqi və ya müxbir üzvləri olurlar. Məlumatlarda o da bildirilir ki, Pedaqoji Universitetinin rektoru Yusif Məmmədov da seçkidə məğlub olub. Onun deputat Asəf Hacıyevə uduzduğu bildirilir. AMEA-da keçirilən seçkilərdən narazı qalanlar da var.

Məsələn, AMEA Fizika institutunun alimi, fizika-riyaziyyat elmləri doktoru, professor Yusif Əsədov. O da müxbir

üzvlüyünə öz namizədliyini irəli sürüb, lakin seçilməyib. O, teleqraf.com-a açıqlamasında deyib: “Xaricdə uğurlarım çoxdur, amma burada elm sahəsində mənə dəstək verəcək kimsəm yoxdur. Ona görə də təəccüblənmədim. Xaricdən fərqli olaraq bizdə daha çox elmdə adamı olanlar irəli gedir. Almaniyadan keçən il bura bir nəfər gəlmişdi. Elm sahəsində hansı kadrları yetişdirib, elm ictimaiyyətinə məlum deyil, amma onu çağırıb burada akademik seçdilər. Mənim elmi kadrlarımın sayı isə məlumdur, 20 elmlər namizədi, 3 elmlər doktoru yetişdirmişəm. Və onlarla fəxr edirəm. Ona görə akademiyanın müxbir üzvü oldum, ya olmadım fərq etməz, mən elmi fəaliyyətimdəyəm”.

kinci dəfədir müxbir üzvlüyə namizədliyini irəli sürən alim bildirib ki, seçilməməsi onun üçün önəmli deyil: “Kimin adamı var, nəzərə alınmadan yüksəklərə qalxa bilər, amma bu yol mənlik deyil. Digərləri üçün bürokratik əngəllər yenə davam edir. Mənə zamanında yüksək vəzifə təklif olunub, amma razılaşmamışam. Çünki bu sahədə arxan yoxdursa, apardığın mübarizə faydasız olar, elmi fəaliyyətin də batar. Akademiyanın müxbir üzvü oldum, ya olmadım fərq etməz, mən elmi fəaliyyətimdəyəm”. 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar