Zərrabın “dayı"sı da dövlətin mülkünə keçdi

ABŞ-da mühakimə olunan Rza Zərraba 3 il ərzində 1.4 milyon lirə qazandıran “Dayım mənim” adlı yarış atı dövlətin mülkünə çevrilib.Axar.az xəbər verir ki, Rza Zərrabın Türkiyədə üzərinə həbs qoyulan əmlakları siyahısına daxil olan at bundan sonra yarışlara çıxarılacaq, lakin gəliri Türkiyə hökuməti tərəfindən müsadirə edilən hesaba yatırılacaq.

Aylıq qida xərcləri təxminən 4 min manatdan çox olan atın məşqçi, baxıcı və digər xərclərinin 14.400 manatdan çox olduğu bildirilir. Ata məşqçilik edən Tahir Qurd Zərrabın görülən işə görə onlara maaşdan əlavə yaxşı bəxşiş verdiyini deyib. O bildirib ki, Zərrab yalnız bəyəndiyi atları alsa da, şəxsən at yetişdirməyib:

“Rza Zərrab dayısını çox sevdiyi üçün bu ingilis atına “Dayım mənim” adını verib. “Dayım mənim” demək olar ki, banan, kivi, ananas və xüsusi yemlərlə bəslənilən yeganə atdır. 6 kubok qazanıb və dərəcələri var. Yarışsa da, yarışmasa da, xərcləri çoxdur. Davamlı olaraq məşq etməsi və baxılması lazımdır”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar