"MƏQSƏDLƏRİ TÜRKİYƏNİ DİZ ÇÖKDÜRMƏKDİR, BACARMAYACAQLAR..." - Ərdoğan

Recep_Tayyip_Erdogan_150412_albom_5"PKK-nı bunun üçün qızışdırdılar, FETÖ-nu bunun üçün meydana çıxardılar"

"Baş əymədiyimiz üçün ABŞ bizi mühakimə etməyə, etibarsızlaşdırılmağa çalışır".APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ağrıda sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının yerli təşkilatının konfransında çıxışı zamanı bildirib.

Pulunu verənin PKK terror təşkilatından istifadə etdiyini söyləyən R. T. Ərdoğan Türkiyədə etnik və dini mənsubiyyətinə görə heç kimin təzyiqlə üzləşmədiyini bildirib. Türkiyəni bölməyə çalışanlara qarşı qətiyyətlə mübarizə aparıldığını və aparılacağını bəyan edən R. T. Ərdoğan həmişə kürdlərin hüquqlarını müdafiə etdiyini, hətta Suriya prezidenti Bəşər Əsədlə münasibətlərinin yaxşı olduğu zamanlar kürdlərin hüquqlarının qorunmasını istədiyini bildirib: "Yaxud Türkiyə İraqdakı, Suriyadakı zülmləri görməzdən gələ bilərdimi? Biriləri öz günlük maraqları üçün zalımlarla birgə ola bilər, amma biz bunu edə bilmərik. Biz bunlarla bağlı ssenarilərə qoşulmadığımız, baş əymədiyimiz üçün ABŞ bizi mühakimə etməyə, etibarsızlaşdırmağa çalışır.

Ssenari bəllidir, bunu əlaltıları, FETÖ terror təşkilatı ilə birlikdə edirlər. Bizi bu oyuna sala bilməyəcəksiniz. PKK-nı bunun üçün qızışdırdılar, FETÖ-nu bunun üçün meydana çıxardılar. Hazırda ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının sədrindən də eyni məqsədlə istifadə edirlər. Millətimiz bilsin ki, bu oyunların heç bir bir-birindən ayrı deyil. Məqsədləri Türkiyəni diz çökdürməkdir. İstədikləri qədər çalışsınlar, bacara bilməyəcəklər".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar