Ukrayna noyabr ayı ərzində münaqişə zonasında 15 hərbçisini itirib

2017-ci ilin noyabr ayı ərzində Ukrayna ordusu Donetsk və Luqansk münaqişə zonalarında separatçılarla gedən döyüşlərdə 15 hərbçisini itirib.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, bu barədə rusiyalı bloqqer Aleksandr Tverskoy öz "Facebook" səhifəsində yazıb.

"2017-ci ilin noyabrında (müharibənin 43-cü ayı) gedən döyüşlərdə 15 Ukrayna müdafiəçisi ölüb: Viktor Maslov, Maksim Perelepitsa, Dmitri Litvinçuk, Aleksandr Suxinin, Sergey Şevçenko, Aleksandr Tümentsev, Denis Krivenko, Aleksandr Smuraqa, Aleksandr Yarotski, Andrey Dobrovolski, Rostislav Danilov, Anton Mişko, Valentin Niçvidük, Stanislav Kurbatov, Sergey Sirotenko. 11 qadın dul qalıb, 15 uşaq atasız. 10 ana və 6 ata övladını itirib. 2 qardaş və 3 bacı öz qardaşını itirib", - deyə məlumatda bildirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar