Şəkidə 4 yaşlı qız müəmmalı şəkildə ölüb

Bu gün səhər saatlarında Şəki rayonu Bideyiz kənd sakini, 2013-cü il təvəllüdlü Natavan Cövdət qızı Cabbarovanın vəziyyəti yaşadığı ünvanda qəfildən pisləşib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, ağır vəziyyətdə olan 4 yaşlı Natavan Cabbarova valideynlərinin köməkliyi ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.

MRX-dan APA-ya bildirilib ki, Natavan Cabbarova xəstəxanaya daxil olan zaman onda həyat əlaməti olmayıb.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Şəkili 2017-12-03 20:49:28

" inkişaf " etmiş ölkənin səhiyyəsi belə olur ? Uşağın vəziyyəti ağırlşanda,valideynin maliyyə vəziyyəti rüşvət vermək iqtidarında olmayanda min cür məlumatla səhiyyə işçiləri yaxa qurtarır.Bəs əslində necə olub?

Son yazılar