Sənada toqquşmalarda ölənlərin sayı 200 nəfəri ötüb

Yəmənin paytaxtı Sənada qiyamçı husilər və prezident Əli Abdulla Salehin tərəfdarları arasında toqquşmalar zamanı 200 nəfərdən çox insan ölüb.

APA-nın məlumatına görə, bu barədə "Sky News Arabia" telekanalı məlumat yayıb.

Husilərin nəzarətinə keçmiş Səna uğrunda döyüşlər noyabrın 29-da başlayıb. Yəmən prezidentinin tərəfdarları şəhərin bir çox rayonlarında husiləri sıxışdırıb, şəhərin əksəriyyətinə nəzarəti ələ keçirib. Hələ dekabrın 2-də toqquşmalarda ölənlərin sayının 100 nəfəri keçdiyi açıqlanmışdı.

Qeyd edək ki, 2014-cü ilin avqustundan Yəməndə legitim hakimiyyətə sadiq qüvvələrlə qiyamçı husilər arasında toqquşmalar başlayıb. Münaqişə 2015-ci ilin martında Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyasının husilərə qarşı hava əməliyyatlarına başlaması ilə daha aktiv mərhələyə keçib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar