“Kimsə Türkiyəni yedəyinə ala bilməz” – Davudoğlu ABŞ-a sərt mesaj verdi

Dərc olunub: 03/12/2017 - 22:00

davudoglu_11015“Nyu-yorkda o məhkəmədə təqdim olunan sənədlərin 17-25 Dekabr ilə əlaqəsinə görə bizim üçün hökmü yoxdur. Əgər Türkiyədə yanlış işlər olmuşsa, buna görə hesab verəcək yer Nyu-York deyil, Ankaradır, Türkiyə Respublikasının məhkəmələridir”.

Bu sözləri Türkiyənin eks başnaziri, Ədalət və İnkişaf Partiyasının(AKP) Konya  millət vəkili Əhməd Davudoğlu ABŞ-da İran vətəndaşı Rza Rəzzabın məhkəmədə dediklərinə münasibət bildirərkən deyib.

Davudoğlu deyib ki,  müstəqil və suveren dövlət olan Türkiyə Respublikası hansı ölkə ilə necə əlaqə yaradacağına özü qərar verir:  “Beynəlxalq hüquqa hörmət edirik və lazım olanı hər zaman yerinə yetirdik. İrana qarşı embarqo gündəm mövzusu olanda,  hər zaman proseslərin içərisində olduq və heç ikiüzlü davranış içində olmadıq. Amerikanın birtərəfli embarqosuna tabe olmadıq, olmarıq. O zaman da söylədik, indi də söyləyirik, qiyamətə qədər də söyləyəcəyik”.

Türkiyənin xarici işlər naziri olduğu dönəmdə Tehranda 17 saat fasiləsiz müzakirə apardıqlarını deyən Davudoğlu sözlərinə belə davam edib:

“O zaman biz bu səyləri edərkən bizi Qərbə qarşı çıxmaqla günahlandıranlar indi həyasızcasına ittiham etməyə çalışırlar. Oturduğumuz stuldan 17 saat qalxmadıq. İrana qarşı embarqonu  qaldıracaq saziş bağlamaq istədik. “Türkiyənin mənafeyi önəmlidir” dedik və Türkiyə-İran-Brazilya müqaviləsini imzaladıq. O gün bizə qarşı çıxanlar indi haradadırlar? Əgər o gün müqavilə qəbul edilsəydi, bu gün bu baş verənlər olmayacaqdı”.

Keçmiş baş nazir bildirib ki, İran qonşularıdır, kimsə Türkiyənin İranla və ya hər hansı bir qonşu ölkə ilə olan münasibətlərini məhkəmə mövzusu edə bilməz:

“Bu, bizim izzətin bir gərəyidir: öz suverenliyimizi və müstəqilliyimizi müdafiə etmək. Hansı qlobal güc olursa olsun, kimsə Türkiyəni yedeyinə ala bilməz, Türkiyəni öz siyasətlərinin parçası halına gətirə bilməz”.

Modern.az








loading...


Fikrinizi bildirin