Qara dənizdə ABŞ-Ukrayna HDQ təlimləri - Rusiyanın reaksiyası özünü gözlətmədi

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Ukraynanın hərbi-dəniz qüvvələri (HDQ) Qara dəniz hövzəsində Amerika Birləşmiş Ştatlarının (ABŞ) donanması ilə birgə təlimlər keçirib.

Bu təlimlərə aprtıq Rusiyanın rəsmi şəxsləri reaksiya veriblər. Moskvada hərbçilərin məşqlərini provakasiya adlandıraraq, doğura biləcəyi nəticələrlə hədələyiblər.

Tədbir Rusiya parlamentində də gözlənilən reaksiyanı doğurub. Federasiya Şurası müdafiə komitəsinin sədr müavini Frans Klinseviç baş verənləri qeyri-dost addım adlandırıb. Senatoru qıcıqlandıran odur ki, ABŞ «tam məsuliyyətsiz və vətəndaş müharibəsinə görə, məsuliyyət daşıyan Ukrayna rəhbərliyini» özünə həmkar tutur: «Belə məşqlər ABŞ-la ağıla gələn və gəlməyən bütün sazişləri pozur».

Amma senator hansı sazişləri nəzərbə tutduğuna aydınlıq gətirməyib. O, vəd edib ki, belə «oyun»lar ciddi nəticələr doğuracaq.

Parlamentin aşağı palatası bir qədər də irəli gedərək, sözügedən təlimləri bölədə gərginliyi artıran növbəti dalğa adlandırıb. Dumanın müdafiə komitəsinin sədr müavini Yuri Şvıtkin nədənsə Minsk sazişini də xatırladıb.

Deputatın sözlərinə görə, iki ölkənin bu cür hərəkətləri yolverilməzdir.

ABŞ Ukraynaya dəstək verməkdə davamlıdır. Bu barədə «112 UA» telekanalının efirindən ABŞ Prezidentinin milli təlükəsizlik məsələləri üzrə müşaviri Herbert MakMaster danışıb.

635x100

Şərhlər

Abit 2017-12-04 00:24:15

Her deqiqe Qarabağa hucuma hazır olmalıyıq.Yeqin ki,yaxın vaxtlarda filankeslerin başı berk qarışacaq.

Son yazılar