Gürcüstan şərabçılığı dünyanın «qoca»sı elan olundu - Rekordlar kitabına salındı

«AzPooitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Güncüstan şərabçılığı dünyanın «ən qocası» adlandırılıb və Kinnesin rekordlar kitabına daxil edilib.

Bu barədə təşkilatın saytında xəbər verilir. Bildirilir ki, bir qrup alim Tbilisi yaxınlığındakı iki qədim insan məskənində arxeoloji qazıntılar aparıb və bizim eradan əvvəl 6-cı minilliyin qalıqları ilə rasilaşıb.

Tədqiqatlar zamanı alimlər maye qalıqları olan qablar tapıblar. Kimyəvi analiz göstərib ki, bu qablardan şərabın fermentasiyası və saxlanması məqsədilə istifadə olunub.

Bundan əvvəl hesab edilirdi ki, şərabçılığın ən qədim ənənələri İrana məxsusdur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar