“HAMIDAN ÜZR İSTƏYİRƏM...” - Hacı Məmmədov intihardan əvvəl məktub yazıb

Ədliyyə Nazirliyi Penitensiar xidmətindən Hacı Məmmədovun intihar etməsi ilə bağlı açıqlama verilib.

Penitensiar xidmətdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar xidmətinin İxtisaslaşdırılmış müalicə müəssisəsində səhhəti ilə əlaqədar saxlanılan, xüsusilə ağır cinayətlər törətdiyinə ğörə ömürlük azadlıqdan məhrum edilmiş Hacı Teymur oğlu Məmmədov dekabrın 3-də yerləşdirildiyi kameranın pəncərəsinin dəmir barmaqlığından mələfə ilə özünü asmaqla intihar edib.

"Məhkum H.T.Məmmədov Penitensiar xidmətin İxtisaslaşdırılmış müalicə müəssisəsində “Ağ ciyərlərin dessiminasiya olunmuş vərəmi, dağılma mərhələsində” diaqnozu, habelə şəkərli diabet, digər daxili orqanlarına metastazlar vermiş sağ ağciyərin mərkəzi xərçəngi xəstəliyi ilə əlaqədar müalicə kurslarına cəlb edilib.

Hadisə yeri prokurorluq tərəfindən tibb ekspertinin iştirakı ilə müayinə olunub.

Hadisə baş vermiş kameraya və mərhumun üzərinə baxış zamanı sonuncu tərəfindən yazılmış əlyazma aşkar olunub. Həmin əlyazmada qohumlarından, eləcə də saxlandığı müəssisənin əməkdaşlarından üzrxahlıq etməklə heç kəsdən narazı olmadığını ifadə edib.

Faktla əlaqədar Bakı şəhər Prokurorluğu tərəfindən cinayət işi başlanmış, təxirəsalınmaz zəruri prosessual tədbirlər həyata keçirilib, hazırda istintaq hərəkətləri davam etdirilir", - deyə məlumatda qeyd olunur.

635x100

Şərhlər

REDAKTOR 2017-12-04 11:44:45

MUSAVATİN MUSAQULUSU NƏRDƏ YA? BƏS DEYİRDİ HACİNİN GUNAHİ YOX SABİQ MTN NAZİRİNİ ASACAQLAR? GORUNUR TURMƏDƏ OLANDA STROYDA SAPKASİNİ CİXARMAMAQLA OYUNƏN ARİFİN OĞLU RAUFA VERİLƏN PARALAR BATDİ. NƏ YAZİQLAR OLSUN Kİ DİN ETİMADİNİ HƏLƏ DƏ DOĞRULTMUR. BƏLKƏ BU AN ONA DA QİSMƏT OLDU NƏ VAXTSA. CUN KRİSASİ ARTİQ QOCALİB...

AYRİM 2017-12-04 11:44:45

HUZURDƏ BAS MƏSLƏHƏTCİ DAXİLİ İSLƏR NAZİRLİYİNİN SABİQ İDARƏ RƏİSLƏRİ OLAR. OMURDƏN OMURƏ. CAVANSİR VƏ MƏMMƏDOV İS BİRLİYİNİN SONLU FACİƏSİ.

azeri 2017-12-04 11:44:45

haci heqiqeten oldumu ,yoxsa xarice cixarildi ki,sirlerin acilmamasi ucun....

oxucu 2017-12-04 11:44:45

Buna deyərlər gorbagor.

G.M 2017-12-04 11:44:45

H.Məmmədov icraçı olub..Onun intiharı da hansısa ``icraçının`` əl işidir.Mafiyalarda icraçılar özləri təcrübə dovşanı,labaratoriya siçanı kimi ucuz ömür yaşamağa məhkumdular.Məqsədə nail olmaq üçün ``mütəxəsislərin`` əməliyatının sonunda çıxdaş olurlar.Allah belə faciəli həyatı,ucuz,şərəfsiz ömürü heç kimə qismət eləməsin.

Vetendaş 2017-12-04 11:44:45

Hacı ölesi deyildi onu oyuna salanlar hele cölde at oynadır bu xalqı aldatmayın ey hakimyet

hellas 2017-12-04 11:44:45

Bəli, həmən o mətləblərin bağlı qalması üçün o "Sifarişli killer" o biri dünyaya getdimi (?), göndərilmidi(?). Onu bir Allah və bir də ətrafındakılar bilər.

Müfəttiş 2017-12-04 11:44:45

Belə də gözlənilirdi. Özü ilə cox mətləbləri o biri dünyaya apardı....

NURəddin 2017-12-04 11:44:45

SƏN İDİN ALLAHIN GÜNAHSIZ BƏNDƏLƏRİNƏ QƏNİM KƏSİLƏN?! SƏN İDİN ALLAHIN DÜŞMƏNİ İLƏ İTTİFAQA GİRİB ONUN BƏNDƏLƏRİ İLƏ ALAY EDƏN?! İNDİ HƏMİN ALLAHIN HÜZURUNA SÜRÜYƏCƏKLƏR SƏNİ.ÖLDÜRDÜKLƏRİN ADAMLARIN HAMISI SƏNİ GÖZLƏYİR. GET VƏ HƏQİQƏTLƏRİ GÖZÜNLƏ GÖR! NİFRƏT OLSUN SƏNƏ!

Son yazılar