HEYDƏROV VƏ ONUN "MEHRİBAN DÜŞMƏNLƏRİ"... - Fazil Məmmədov FHN şefinə məğlub olan neçənci nazirdir?

17 ildən artıqdır Vergilər naziri postunu tutan Fazil Məmmədovun 2 gün əvvəl Prezident İlham Əliyev tərəfindən vəzifəsindən azad olunması ətrafında müzakirələr davam edir və çox güman ki, ən azı bu ayın sonunadək də davam edəcək. F.Məmmədovun "vurulması" ilə bağlı mediada müxtəlif istiqamətli təhlillər, şərhlər, rəylər yer almaqdadır.

Əksəriyyət verilən qərarı 2 amillə bağlayır: Fazil Məmmədov səhhəti ilə əlaqədar işdən çıxarılıb və yaxud da onun istefaya göndərilməsi sahibkarların vergidən artan narazılıqları ilə bağlıdır. Fazil Məmmədov özü də açıqlamasında konkret fikir söyləməkdən yayınsa da, işdən çıxarılmasının səhhəti ilə bağlı olduğuna işarə vurub.

Uzun illərdir Vergilər naziri postunu tutan, bu müddət ərzində Azərbaycanın ən qüdrətli oliqarxlarından birinə çevrilən, var-dövləti milyardlarla ölçülən və səs-sədası hətta ofşorlardan belə gələn Fazil Məmmədovun "vurulması" bir başqa kontekstdən də diqqətçəkəndir: F.Məmmədov Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovla münasibətlərini düşmənçilik həddinə çatdırmaqdan çəkinməyib, lakin sonda məğlub olan sayca altı-yeddinci nazir oldu. Bununla da hakim komanda daxilində düşmənçilik elementləri daşıyan daha bir rəqabətə son qoyulmuş oldu!

Xatırlatmaq yerinə düşər ki, Fazil Məmmədov uzun illər hökumət daxilində məhz Kəmaləddin Heydərov çevrəsinə daxil olan, onun tərəfindən dəstəklənən nazirlərdən biri sayılıb. Elə onun nazir vəzifəsinə irəli çəkilməsində də Kəmaləddin Heydərov həlledici rol oynayıb, qərar onun təqdimatı əsasında verilib. Təsdüfi deyil ki, Vergilər Nazirliyi uzun illər Kəmaləddin Heydərovun təsir sferasına daxil olan dövlət qurumlarından biri idi.

Lakin təxminən 2008-2009-cu illərdə vəziyyət dəyişdi. Fazil Məmmədov həmin dövrlərdə Kəmaləddin Heydərovun “patronajlığından” çıxaraq, başqa "gücün" himayəsi altına sığındı. Bununla da münasibətlərdə yaranan soyuqluq, illər keçdikcə gücləndi və son 2-3 ildə hətta düşmənçilik səviyyəsinə çatdı.

Bu düşmənçiliyə əsas səbəb kimi isə, Fazil Məmmədovun ölkədə yaranmış maliyyə böhranı ilə bağlı ona verilmiş əlavə səlahiyyətlərdən istifadə edərək, sözün həqiqi mənasında Kəmaləddin Heydərovun biznes obyektlərinin üzərinə “çokməsi”, onları iri məbləğdə vergi ödəmək məcburiyyətində buraxması göstərilir. Bu “vergi hücumundan” sonra bəzi biznes obyektlərini bağlamaq məcburiyyətində qalan Heydərovu daha çox qəzəbləndirən isə Fazil Məmmədovun onunla bağlı ölkə rəhbərliyinə doğru olmayan məlumatlar verməsi olub. Hansı ki, bu məlumatlar Kəmaləddin Heydərovun etibarını və sədaqətini müəyyən qədər şübhə altına sala bilərdi...

F.Məmmədovun keçmiş "şefinə" növbəti zərbəsi, təxminən 2 il əvvəl Gömrük Komitəsini ləğv elətdirmək cəhdi oldu. Neftin qiymətinin kəskin düşməsilə əlaqədar ölkədə baş qaldıran maliyyə böhranı dövlət idarəsiliyinin optimallaşdırılmasını gündəmə gətirmişdi. Fürsətdən istifadə edən F.Məmmədov, ölkə rəhbərliyini Gömrük Komitəsinin ləğvinə və onun səlahiyyətlərinin Vergilər Nazirliyi ilə ASAN Xidmət arasında bölüşdürülməsinin vacibliyinə inandıra bilmişdi. Həmin vaxt K.Heydərov çətinliklə Gömrük Komitəsini xilas edə bildi. Bu hadisədən sonra Heydərovla Məmmədovun münasibətlərindəki gərginlik daha da artmış, hətta demək olar ki, onlar barışmaz düşmənə çevrilmişdilər.

Fazil Məmmədovun işdən çıxarılmasından cəmi 1 gün əvvəl K.Heydərovun Vergilər Nazirliyinin insan resursları Departamentinin baş direktoru vəzifəsində işləyən yeznəsi Faiq Şahbazovun vəzifəsindən azad olunmasının, barəsində danışdığımız məsələlərlə nə dərəcədə bağlılığının olduğu isə sirr olaraq qalır.

İstənilən halda, F.Məmmədovun hakim komandanı, - "gəmini" birinci tərk etməsi Kəmaləddin Heydərovun növbəti qələbəsidir. Prezidentin 5 dekabr sərəncamı FHN başçısının hakimiyyət daxilindəki mövqelərinin güclənməsinə xidmət edəcək. Çünki Məmmədovun vəzifəsindən çıxarılmasına dair qərar, cəmiyyətdə mövcud olan “hakimiyyət daxilində Kəmaləddin Heydərovla düşmənçilik edənlər gec-tez sıradan çıxarılır” fikrini bir daha təsdiqləmiş oldu.

Cəmiyyətdə belə bir fikrin yaranması isə heç də təsadüfi deyil. 1995-ci ildən mövcud hökumətdə təmsil olunan Kəmaləddin Heydərovla düşmənçilik edənlərin əksəriyyəti vəzifəsini, bəziləri isə hətta azadlığını, varidatını itirib. Keçmiş Milli Təhlükəsizlik naziri Namiq Abbasov, keçmiş İqtisadi İnkişaf nazirləri Fərhad Əliyev və Heydər Babayev, keçmiş Müdafiə naziri Səfər Əbiyev, keçmiş Nəqliyyat naziri Ziya Məmmədov, keçmiş Vergilər naziri Fazil Məmmədov... Bunların hamısını birləşdirən bir ortaq yanları var - hamısı K.Heydərova aşkar və ya gizli, düşmənçilik mövqeyində olub, hamısı da sonda məğlub olublar.

İ. İsmayılbəyli

AzPolitika.info

635x100

Şərhlər

namiq 2017-12-07 20:53:35

Şəngülüm-sən de mən gülüm.Mafiyanın gücünə bax ey.

sabir 2017-12-07 20:53:35

Başa düşülmədi.Bu təbligat idi ya antitəbligat?

Həsən Quliyev 2017-12-07 20:53:35

Çünki rəhbərinə sadiq və xeyirxaq insandı.Kaş ki bütün nazirlər Kəmaləddin m. kimi olsunlar!

G.M 2017-12-07 20:53:35

Azərbaycanda məmurlar üzdə hamısı ``qardaş,hamısı YAP-çı,hamısı Rəhbərə sadiq`` Onlarn ayrılıqda düşüncələri var-dövlət hərisi,yaltaq,Rəhbərə hər an xəyanətə hazır..Di gəl ki,idarəçilikdə bu tip adamlar ``işə yarıyandır``.Çünki onlar ``onurğasız sürünənlərdilər``.Nə qədər zəhərli olsalar da ayaq üstə dayanma imkanından məhrumdular.

vəli 2017-12-07 20:53:35

Kəmaləddin Heydərov Fikrət Məmmədov Elçin Quliyev.Bu ölkə dagilsa da bu millət qirilib qurtarsa da bu adamlar bu hakimiyyətin döründə yaşayacaqlar.Çünki bunlar hakimiyyətə xəyanət etsələr özlərinə xəyanət etmiş olacaqlar.Kim hakimiyyətə gələ bilsə 1-ci bunlarla haqq hesab edəcəklər. Odur ki bunlar haqsiz olsalar belə yenə haqli olacaq kimlər bunlara qarşi çixsa uduzmaga məhkumdurlar.

omer 2017-12-07 20:53:35

Fazil muellimin sag eli Selim beyin bawina

Veysaı xocalı qacqını 2017-12-07 20:53:35

Men her an esas 7 memurun getmesni isteyirem bular ramil yusubov ramiz mehdiyev vasif talıbav zakir qaralov hacıbala abutalıbov eli hesenov ve qavqınqom eli hesenov cenab prezdent ölke bunların cıxmasını sizden xahiş edir

sual 2017-12-07 20:53:35

yazının adı gözəl seçilib.amma...bəlkə "vurulan" nazirlərin yerinə dediyiniz şəxsin "adamları"gəlib?!

Səllim Kürdəxanlı 2017-12-07 20:53:35

Hər kəs elə bilir ki, o, toxunulmaz və ....

Vasif 2017-12-07 20:53:35

Esla esla yox yox vurulan nazirlerin yerinə yalnız yalnız kasıb balalarnın türküye amerika ve avropada tehsil almış balaları olmalıdı cenab prezdent yalnız kasıb balaları gelmelidir cenab prezdent ve vice prezdent 9 milyonluq xalq bu balaları isteyir

TALİS 2017-12-07 20:53:35

Ə BİR BİR. TAĞİ ƏHMƏDOVDAN XƏBƏRİ OLAN VAR. O KİSİ KİMİ DEYİRDİ Kİ BUNLARİ BİR BİR DƏNLƏYİN.

Zaza 2017-12-07 20:53:35

Siz Bilirsizmi Kamal nece xeyrxah insandir? Hec kimle isi olmaz.Amma onun vaxti ile komek etdiyi nankorlar onun xeyrxaqligini ayaq altina atib tapdayanda o da nankorun basini tapdayar.HAQQ EDER.Lap Omurlik hebse layiqdir ele sexsler.

Amon 2017-12-07 20:53:35

Namiq abbasovu cixmaq wertile( cunki heqiqeten esl pesekar olkesini seven ve heyder eliyevden sonra azerbaycanda 2 guclu MTN ciydi) digerleri kemaleddin heyderovla muqayiseye bele gelmez.kemaleddin bey esl pesekar kadrdi.ulu onderimizin kadrlari sorgulanmaz

Son yazılar