BİTKOİN FENOMENİ - Axmaqları soymaq üçün yeni "TƏLƏ"

Dünyanın bütün rəsmi maliyyə qurumları bu yalançı valyuta ilə mübarizə aparır

Bitkoinə sərmayə qoyanlar əvvəl-axır axmaq vəziyyətdə qalacaq

Xəbər verildiyi kimi, dünyada ilk bitkoin milyarderləri artıq peyda olub. Bu əkiz qardaşlar Tayler və Kameron Uinklvosslardır. Əslində dünya bu qardaşları “Facebook”un qurucusu Mark Zukerberqlə olan məhkəmə prosesi ilə tanıyırdı. Belə ki, qardaşlar Zukerberqin onlardan “facebook” ideyasını oğurladığını iddia edərək onu məhkəməyə vermişdilər. Proses Zukerberqin onlara müəyyən məbləğ ödəməsindən sonra başa çatmışdı. Hər iki qardaş bu pulun 11 milyon dollarını dünya üçün hələ də müəmmalı və sirli sayılan bitkoin adlanan valyutaya qoymuşdulər.

O vaxtdan qiyməti sürətlə artan bitkoin, nəhayət, qardaşları “Facebook”dan qazanmadıqları pula çatdırıb. "AzPolitika.info" musavat.coma istinadən dünya iqtisadiyyatı üçün fenomen və yenilik hesab olunan bu məfhumun nə olduğuna dair xarici mediayada işıq üzü görən maraqlı bir yazını  oxuculara çatdırır.

Bitkoini bu qədər qiymətə mindirən nədir və o nə üçün durmadan artır?

Bununla bağlı Çinin “Sina.com” internet saytının icmalçısı Lan Tzsyanpinin yazısı olduqca maraqlıdır.

Müəllif bu sualla bağlı tarixi analogiya aparıb.

“1593-cü ildə Vyanadan olan bir botanika professoru Türkiyədən Hollandiyanın Leyden şəhərinə zanbaqlar gətirir. Professor işin əhli olduğu üçün həmin zanbaqlardan müxtəlif növləri yetişdirməyi bacarır. Bununla o cəmiyyətin kübar təbəqəsinin diqqətini cəlb etməyə nail olur.

Kommersantlar bu işdə böyük mənfəət əldə edilə biləcəyini gördükdən sonra işi daha da böyüdürlər. Onlar zanbaq toxumlarını böyük miqdarda idxal edib özlərində saxlayaraq daha sonra onu olduqca baha qiymətə satmağa başlayırlar. Buna onlların şirnikləndirdiyi bazar möhtəkirləri də böyük kömək göstərir. Nəticədə sadəcə zanbaqdan qazanan bir çox varlı adam meydana gəlir. Qiymət o dərəcədə şişirdilir ki, bir zanbaq soğanağı 4 baş iri buynuzlu heyvana bərabər tutulur. Məsələn, “Switser” növlü zanbağın qiyməti 1637-ci ildə ayda 485%, ümumiyyətlə bir ildə zanbaqların qiyməti isə ildə 5900% (!) artır.

Daha sonra zatən zanbaqların əsl dəyəri ortaya çıxır. Bu işə sonradan qoşulub böyük miqdarda pul yatıranlar isə müflis olur. İqtisadiyyat dərsliklərinə bu hadisə “zanbaq işi” olaraq düşür. “Zanbaq məsələsi” dünyadakı bütün iqtisadi böhranların atası hesab olunur.

“Günəş altında yeni heç nə yoxdur”, - müəllif tarixin təkərrür etdiyini yazır. İndi zanbaq hay-küyü eynilə bitkoinlərə keçib: “Ümumi məntiq isə bundan ibarətdir ki, həmişə bu cür boş, heç bir iqtisadi dəyərə söykənməyən, lakin əsl dəyərindən qat-qat baha qiymətə təklif edilən işlərə pul yatrımağa hazır olan minlərlə axmaq həmişə tapılıb”.

Müəllif indi dünyanın böyük dövlətlərinin bununla cidd şəkildə mübarzə apardığını yazır. Ekspertlərin fikrincə, bitkoin kimi virtual valyutalar daha çox çirkli pul yuylması, narkotikin qeyri-qanuni dövriyyəsi, qaçaqmalçılıq, xərac alma və s. kimi cinayətkar əməllər üçün yarayır.

Yazıda bütün səylərə rəğmən dünyanın ən iri maliyyə quruluşlarının belə bitkoinin yüksəlişi qarşısında çarəsiz qaldığı vurğulanır.

Müəllif bitkoindən ən çox 3 tip insanların qazanclı çıxdığını qeyd edir.

Ən birinci bitkoinin hazırlanması üçün maynerlərin istehsalçılarıdır. (Bitcoin əməliyyatların təhlükəsizliyi “bitcoin miner” adlanan serverlər tərəfindən təmin edilir-red). Bitkoinin işlənib hazırlanması çoxlu alqoritm işlərini tələb etdiyi üçün olduqca mürəkkəbdir. 2013-cü ildən başlayaraq proqramçılar tərəfindən bitkoin hazırlanması üçün mayninq adlandırılan xüsusi proqramlar işlənib. 2017-ci ilin statistikasına əsasən dünya bitkoin ehtiyatının 70%-i elə məhz Çində cəmlənib.

İkincisi onu istehsal edənlərin özləridir. Bunun üçün olduqca çox böyük həcmdə hesablayıcı gücə malik olmalısan. Ekspertlərin rəyinə görə, dünyanın ən böyük beş mayninq pulu (hesablayıcı gücləri özündə toplayan veb xidmət) Çində yerləşir.

Bu tip serverlərin çalışması üçün çoxlu elektrik enerjisindən istifadə olunur. Yazıda mayninq işi ilə məşğul olanların yay aylarında Çinin olduqca ucuz elektrik enerjisi verən Sıçuan və Yunyan əyaətlərində, qışda isə Daxili Monqolustanda Erdos bölgəsində və ya Sintzyan əyalətində çalışdıqları qeyd olunur.

Üçüncü növə isə bitkoin platformalar aiddir. Onlar heç bir işə yaramayan bu faydasız elektron vauçerlərin adi insanlara satışından milyardlarla dollar pul qazanırlar.

Yazıda bitkoinə sərmayə qoyanların əvvəl-axır axmaq vəziyyətdə qalacağı vurğulanır.

Çünki istənilən maliyyə aktivi hansısa maddi dəyərlə (qızıl, qiymətli kağız, valyuta) ölçülməlidir. Bitkoinin isə dayaq olaraq dirənəcəyi heç bir bazası yoxdur. Bu səbəbdən bitkoin əslində bir çox dövlətlərdə qadağandır.

Lakin bazarda fəaliyyət göstərən bir çox oyunçular öz bitkoinlərini dəyərə mindirməkdə davam ediblər.

Onlar WeChat və QQ onlayn kanallardan bitkoinlə alver üçün istifadə etməyə və bu işdən ötrü 3-cü şəxsləri cəlb etməyə nail olublar.

Bitkoinin yüksəlməsi onun dəyəri ilə bağlı deyil, daha çox “qaz vurub qazan doldurmaq” istəyən axmaqların bu bazarda ovlanması ilə əlaqədardır.

Şayiələrə görə, Tayler və Kameron Uinklvoslar ilk bitkoin milyarderləri deyil. Daha doğrusu, onun ilk yaradıcılarından sayılan Satoşi Nakamoto adlı müəmmalı bir adamdır.

Mətbuatda bu adamın ABŞ milyarderi, SpaceX şirkətinin qurucusu İlon Mask olduğu söylənilməkdədir. Bu ideyanı isə vaxtilə İlon Maskın şirkətində çalışan Sahil Qupta adlı şəxs irəli sürüb.

Qupta Maskın bikoinin hazırlanması işinə mükəmməl şəkildə bələd olduğunu bildirir. İlon Mask isə iddiaları cəfəng adlandırıb.

Qeyd olunur ki, Maskın sərvəti əslində bitkoinlərin ümumi dəyərindən də artıqdır. Onun 19 milyard dollar pulu var. Lakin acı təcrübə göstərir ki, bütün maliyyə hoqqabazlıqlarının arxasında həmişə iri kapital dayanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar