SAAKAŞVİLİYƏ 24 SAAT VAXT VERİLDİ – - Foto +VİDEO

Dərc olunub: 05/12/2017 - 22:42

saakas

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşviliyə Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) müstəntiqinin yanına getməsi üçün bir sutka vaxt verilib.

“Qafqazinfo”nun “Ria Novosti”yə istinadla verdiyi məlumata görə, bu barədə Ukraynanın baş prokuroru Yuri Lutsenko bildirib.

Onun sözlərinə görə, əks halda, hüquq-mühafizə orqanları Saakaşviliyə qarşı güc tətbiq edəcəklər.

***

Kiyevdə bir neçə saat əvvəl saxlanılmış Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili azadlıqdadır.

APA-nın məlumatına görə, bu barədə görüntülər M. Saakaşvilinin “facebook” səhifəsində canlı yayımda nümayiş olunub.

Mixeil Saakaşvilinin tərəfdaşları onu Ukrayna güc strukturlarına məxsus mikroavtobusdan çıxarıblar. M. Saakaşvili güc strukturlarının əməkdaşlarının əlindən çıxaraq tərəfdarlarının əhatəsində ərazidən uzaqlaşıb.



* * *

Ukrayna Təhlükəsizlik Xidmətinin “Alfa” xüsusi təyinatlı dəstəsinin döyüşçüləri Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilini Kiyevdə yaşadığı binanın damında tutublar və əllərini qandallayaraq aparıblar.

Virtualaz.org Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, Saakaşvilini tutulana qədər binanın damından tərəfdarlarını küçələrə çıxmağa və onun oğurlanmasına imkan verməməyə çağırıb. O, prezident Pyotr Poroşenkonu “oğru” və “xain” adlandırıb. “Ukraynanlılardan xahiş edirəm mənim oğurlanmağıma imkan verməsinlər. Poroşenko və bandasının qanunsuzluğuna, oğurluğuna imkan verməyin”-Saakaşvili bildirib.

Lakin xüsusi təyinatlılar dama qalxaraq onu tutublar. Saakaşvilinin tərəfdarları onun həbsinə mane olmaq üçün xüsusi təyinatlılarla qarşıdurmaya giriblər. Amma müvəffəq olmayıblar. Təhlükəsizlik Xidmətinin saytında göstərilir ki, Saakaşvili cinayətkar qruplaşmanın fəaliyyətində iştirak etməkdə və həmin qruplaşmanın cinayət əməllərini gizlətməkdə ittiham olunur. Bu ittiham üzrə onu 5 ilə qədər həbs gözləyir. Siyasətçinin vəkili Pavel Boqomazov isə deyib ki, Saakaşvilini dövlət çevrilişi cəhdində ittiham edirlər.
***

Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) əməkdaşları Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvilinin evində axtarış həyata keçirib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, axtarış vaxtı Saakaşvili evinin damına çıxıb və etiraz olaraq özünü yerə atacağını deyib.
“İndi Saakaşvili damdadır və hüquq-mühafizə orqanları əməkdaşları olduğu güman edilən şəxslərlə danışıqlar aparır. Səs-küy gəlir. Siyasətçi ona toxunacaqları təqdirdə özünü binanın damından aşağı atacağını deyir”, – Ukraynanın “1+1″ telekanalı məlumat verib.
Telekanalın bildirdiyinə görə, Saakaşvilini saxlamağa çalışıblar.

Son məlumata görə, Kiyevdə hüquq-mühafizə orqanları Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilini evinin damında artıq saxlayıblar.

“RİA Novosti” xəbər verir ki, bu barədə onun silahdaşları bildiriblər.

Saakaşvili hakimiyyəti devirməyə cəhddə ittiham olunur.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə onun vəkili Pavel Boqomazov məlumat verib. “Saakaşvili Ukraynada dövlət çevrilişinə cəhddə ittiham olunur”, – vəkil deyib.

Başqa bir məlumata görə isə Saakaşviliyə qarşı cinayətkar təşkilatların iştirakçılarına kömək göstərmək və onların cinayətkar fəaliyyətlərini gizlətmək maddəsi üzrə ittiham irəli sürülüb. Bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) mətbuat xidmətindən bildirilib. Onun dindiriləcəyi planlaşdırılır.



9432de2a-f3b2-488a-9691-820d44926621


loading...




Fikrinizi bildirin