HÖKUMƏTDƏ ŞOK DƏYİŞİKLİK! - Təhsil naziri vergilər naziri oldu!

Azərbaycan hakimiyyətində sözün əsl mənasında sensasiyalı dəyişiklik baş verib. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə bu gün Vergilər naziri Fazil Məmmədov və Təhsil naziri Mikayıl Cabbarov vəzifələrindən azad olunublar, M.Cabbarov dərhal da Vergilər naziri vəzifəsinə təyin olunub. 

Fazil Məmmədov gözlənildiyi kimi, yenidən vəzifə almayıb, Təhsil naziri postuna da yeni təyinat yoxdur.

Bu dəyişiklikləri niyə sensasiyalı adlandırırıq? Əslində, hər iki nazirin vəzifəsindən azad olunacağı gözlənilən idi. Fazil Məmmədovun son zamanlar vəzifədə formal olaraq oturduğu, bəzən günlərlə işə çıxmadığı, səhhətində ciddi problemlərin olduğu, hətta alkoqolizmdən əziyyət çəkdiyi barədə məlumatlar gəlirdi. "AzPolitika" cəmi bir neçə ay əvvəl - 09 iyun 2017-ci il tarixli buraxılışında "FAZİL MƏMMƏDOV İŞƏ ÇIXMIR… VƏ SƏFİR OLMAQ İSTƏYİR! – Vergilər Nazirliyində daha nələri danışırlar?" sərlövhəli yazısında bu barədə ətraflı bəhs etmişdi. Həmin vaxt bildirmişdik ki, Fazil Məmmədovun payız aylarında işdən çıxarılacağı gözlənilir, o özü də bununla razıdır və hansısa ölkədə səfir postunu tutmaq və beləliklə də sakit həyata çəkilmək üçün çabalar göstərir. Faktiki olaraq, bu məlumatlar öz təsdiqini tapdı.

O ki qaldı Mikayıl Cabbarova, onun Təhsil naziri kimi fəaliyyətindən şəxsən Prezident İlham Əliyevin narazı olduğu haqda məlumatlar var idi. Bugünkü dəyişiklikləri gözlənilməz edən də elə bu məqamdır - M.Cabbarov Təhsil naziri vəzifəsindən azad olunsa da, heç də az əhəmiyyətli olmayan Vergilər naziri postuna təyinat alıb. Belə görünür ki, Prezident Əliyev onu öz ixtisası üzrə çalışdırmağı daha məqsədəuyğun sayıb.

Beləliklə, indi ən vacib suallardan biri Təhsil naziri vəzifəsinə kimi təyin olunacağıdır.

Rasim ƏLİYEV

AzPolitika.info

635x100

Şərhlər

G.M 2017-12-05 19:33:21

Axırda tapdılar işin çəmini...Təhsildən ``atdılar`` Mikayıl əmini.Yox oldu Fazilin səsi,sorağı...Daha tərgidəcək,``zəhər`` arağı.Ey gidi Dünya..gəlki,siyavuşu TN qoysunlar.

R.Məmmədov 2017-12-05 19:33:21

Yazıq, pul görməmişdir heç, yatanda yuxusunda da müəllimləri, dəftər-qələm görmüşdü. Bəlkə indi pulun içinə düşüb özünə bir gün ağlayar.

Eliyar 2017-12-05 19:33:21

Bu olke o zaman cokecek ki kemaleddin heyderov ramil usubov ramiz mehdiyev kimi kadrlari hokumetden uzaqlasacaqlar cunki onlar azerbaycan ucun cox boyuk isler gorubler gormeyede davam eliyirler.butun kohne kadrlar her zaman bu olke ucun nelerse eliyibler.ulu onderimiz bilirdi kimi hara ne ucun qoymaq lazimdi.ingilterede amerikada oxumaq lazim deyil nufuz ve idaretme bacarigi olmalidi yeni nazirimizde de masallah hecbiri yoxdu

TALİS 2017-12-05 19:33:21

GƏNCLİKDƏKİ CAYXANANİN MUDİRİNİ AZƏRYOLUN SƏDRİNİN BİRİNCİ MUAVİNİ TƏYİN EDƏ BİLİRLƏR TƏHSİL NAZİRİNİ VERGİLƏR NAZİRİ YOX... BURASİ AZƏRBAYCANDİR. DAHA BİLMİRLƏR Kİ BU YAZİQ MİLLƏTİN OVLADLARİ NİYƏ İNSİTUT FİLAN OXUYUR GORƏN?

REDAKTOR 2017-12-05 19:33:21

BUTUN MƏMURLARİN SONU FAZİL MƏMMƏDOV KİMİ OLA. KİFAYƏT QƏDƏR MUDDƏTDƏ İSLƏDİ VƏ SOZUN ƏSL MƏNASİNDA DA NAZİRLİYİN NUFUZU DAİM MUVAFİQ QAYDADA SAXLANİLDİ. O Kİ QALDİ TƏHSİL NAZİRİ MİKAYİL CABBAROVA ONUN HƏQİQƏTƏN TƏHSİL NAZİRLİYİ SİSTEMİNDƏ TƏCRUBƏSİ YOX İDİ VƏ QAZANADA BİLMƏDİ. TƏHSİL NAZİRİ İSƏ TƏBİİ Kİ NAXCİVANLİLARİ BELLƏRİNDƏ SAXLAYAN QƏRBİ AZƏRBAYCANDAN OLA BİLƏR.ƏN AZİ ONA GORƏ Kİ ELEKTRAT VAR VƏ BU ELEKTRATDAN GƏLƏCƏKDƏ SECKİLƏRDƏ SANSLİ İSDİFADƏ OLUNMASİ GƏRƏK. SECKİLƏRİ TİBB VƏ TƏHSİL İSCİLƏRİ...

Elçin 2017-12-05 19:33:21

Dünənki, xəbəri oxuyun Fazil Kamaləddinin qohumunu işdən çıxartmışdı, indi özünü işdən çıxartdılar.Ver. Naz. kimi işi panama ofşorlarına pul ötürmək olub. Mənbələr açıldı hamı ofşorlar haqda bildi, amma ictimayyətin nədə ki mətbuatın qorxudan heç çıqqırıda çıxmadı. İndi isə pul yoxdur, yığa bilmirəm deyə yuxarılara ultimatım vermişdi. İndi təhsilin anasını ağladan biznesmen vergiyə əl edəcək, məqsəd dövlətə yox klana xidmət edərək pul toplamaqdı, sanksiyalarla boğulan putin (Azərbaycanda qeyri leqal yolla yığılan pullar) günbə gün stavkanı (dolyanı) artırır.

Yyusif 2017-12-05 19:33:21

Bunun oz sahesi nedi axi hecbir vezifede yaritmir.yeni tehsil naziride muavini ceyhunu qoydursa vay geleceyimizin halina.hec olmasa meleyke abbaszadeni qoysunlar hec yoxdan yaxsidi.onuda qoymasalar onda xosqedemi qoysunlar

vetendas 2017-12-05 19:33:21

MI -ye. Sizin kimi deqiq Aksiomaya men de serikem. Hormetli mikayil eke, Tehsile ekdiyin Turpdan, Vergi Nazirliyine de ek!!!! Oqulsan vallah, Sovet dovrunun 70 ilde duzeltdiyini 5 ilde xaraba qoydun. Rejim deyisse bele, onu 20 ile de duzeltmek olmayacaq! Vergide size uqurlar! ( Deyesen Azerbaycanda dunya terse firlanmaqa baslayib)

Amon 2017-12-05 19:33:21

Bu mikayil axi kimdi onu ozude bilmeden bele yukseldirler.o qeder savadli idareetme qabiliyyeti yuksek olan wexsler varki hem tehsil naziri hemde vergiler naziri olmaga layiq

seymur 2017-12-05 19:33:21

Novba sahiyya nazirinindi Allah qoysa

t.ədalət 2017-12-05 19:33:21

Yəqin ki Mikayıl müəllim vergilər nazirliyini .... Çünki təhsil nazirliyi,artıq ... işləyirdi.Dərsliklər və xəritələr erməni dövlətinin təbliğat vəsaitinə çevrilmişdi...

Abit 2017-12-05 19:33:21

Bizim kedde bir molla var idi o vaxt katib çağırın deyib gel seni mesçide axund qoyaq,molla deyib,çox sağol yoldaş katib mene etimad gösterdiyiniz üçün.İnanın ki bacarmaram,öhtesinden gele bilmerem el içinde biabır olaram.Ey dünya

2017-12-05 19:33:21

Fazil Məmmədovun Vergilər naziri postundan azad olunması, alqışıara layiq bir qərardır.Ona görə ki, Fazilin dövründə Vergidən yayınmaların illik proqnozu milyard manatla ölçmək mümükün deyil. Səhmdar Cəmiyyətlərin hamısı vergidən yayınmaları nəticəsində,Səhmdarların hamısı uzun illərdir ki,dividentsiz qalıblar.Araşdırılsın görək hansı SC öz Səhmdarlarına illik qanuni dividentini verib.Şəki-Bazar ASC-i ildə ən azından 500,0-600,0 min manat vergidən yayınmasına baxmayaraq VN-i tərəfindən göz yumulub.Nəyə görə

miri 2017-12-05 19:33:21

Misir müəllimin ölənləri ücün oxutdura bildiyiniz Rəhmətdən,Fazil müəlliminki az olmaz.Tragediyadan,tragedikomediyaya kecid.

Mi 2017-12-05 19:33:21

Hormetli mikayil muellim size umidlerimiz boyukdu tehsil kimi verginide dagidarsan.....

Abit 2017-12-05 19:33:21

Özünüzü yormayın,indi oranı düzeldecek.... Azerbaycanda kadr çatışmamazlığı var.

Şərafət 2017-12-05 19:33:21

Fazil Məmmədovun sağ əli görüntüləri ilə gözümüzü mazol edən Zakir Qaralovun başına.

Abit 2017-12-05 19:33:21

Deyirem Bineqedi icra başçısı kim olacaq gören?

YENI SHOU BASHLADI 2017-12-05 19:33:21

TESEVVUR EDIN BIR NAZIRIN 125 MUSHAVIRI VARIYDI... VERGILER NAZIRLIYTINDE ICLASDA 2 SIRA QAVAQGDA OTURAN VAR IDI... .

kohne 2017-12-05 19:33:21

Islanmishin yagishdan ne qorxusu.bir dene de bele deyim var...Day onu ozunuz tapin.Ne ise avtopilot rejimindeyik.

yusif-1313 2017-12-05 19:33:21

Təhsil naziri vergilər naziri təyin olundu.Komediyalar ülkəsi

Müfəttiş 2017-12-05 19:33:21

M.Cabbarov sözün həqiqi mənasında Azərbaycan təhsilinin belini qırdı.Balalarımızın gələcəyini biznesə qurban verdi. Rayon təhsil şöbələrinin elə rəhbərləri var ki, vəzifəyə biznesdən gətiriliblər. Ümidim olmasa da şox arzu edərdim ki, yeni təhsil naziri heç olmasa bir neçə il müəllim işləmiş şəxs olsun.

Vətəndaş 2017-12-05 19:33:21

Fazil Məmmədovun sağ əli Şəkinin İcra Başçısı Elxan Usubovun başına............

Son yazılar