Bakıda yük maşını minik avtomobili ilə toqquşub - 4 nəfər ölüb(Yenilənib)

Fövqəladə Hallar Nazirliyi Bakının Qaradağ rayonunda ölümlə nəticələnən yol qəzası ilə bağlı məlumat yaıb. APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda “Mercedes“ markalı yük avtomobili və “Mercedes“ markalı minik avtomobili toqquşub. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Əməliyyat nəticəsində minik avtomobilinin sürücüsü Hüseynov Sakit Nuru oğlu və sərnişinlər Hüseynova Telnaz Şiraslan qızı, Hüseynova Samirə Sakit qızı və Hüseynova Selcan Vüqar qızının meyitləri deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.​

APA-nın məlumatına görə, qəza Xocəsən-Lokbatan yolunda baş verib. Məlumata görə, aralarında azyaşlı uşağın da olduğu qohumlar Ağcabədidən yas mərasimindən qayıdırmışlar.

****

Bakıda yük maşını minik avtomobili ilə toqquşub.

"Report"un məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonundan keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək "KamAZ" markalı yük maşınının arxa hissəsinə çırpılıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub.

Hazırda minik avtomobilində sıxışıb qalan 3 nəfərin meyiti çıxarılıb, digər 2 nəfərin də meyitinin çıxarılması istiqamətində işlər aparılır.

Faktla bağlı araşdırma aparılır

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar