«Saakaşvilinin hüquqlarına hörmətlə yanaşın» - Kiyevdəki ABŞ və Aİ diplomatları

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Ukraynadakı səfirliyi Mixail Saakaşvilinin saxlanması ətrafında yaranmış vəziyyəti dqqətlə izləyir. Bu barədə diplomatik nümayəndəliyin Tvitter- akkauntunda xəbər verilir.

«Biz bilirik ki, cənab Saakaşvili saxlanıb və Kiyevin mərkəzində etirazlar davam edir. Biz, tərəfləri gərginliyi azaltmağa və zorakılıqdan çəkinməyə çağırırıq» - xəbərdə deyilir.

Bundan başqa, səfirlikdə ümid etdiklərini bildiriblər ki, siyasətçiyə münasibətdə istintaq ciddi və Ukrayna qanunvericiliyinə uyğun şəkildə aparılacaq. Vəziyyət Avropa İttifaqının nümayəndəliyi tərəfindən də diqqətlə izlənir («UNİAN»).

«Cənab Saakaşvili ilə nələrin baş verdiyi barədə məlumatlıyıq. Biz də vəziyyəti diqqətlə izləyirik və ümid edirik ki, istintaq vaxtında və qanunun bütün tələblərinə uyğun şəkildə başlanacaq» - deyə, nümayəndəlikdən bildiriblər.

Aİ diplomatları da hakimiyyət orqanlarını Saakaşvilinin əsas hüquqlarını pozmamağa çağırıblar.

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili bu gün səhər saatlarında saxlanıb. Bundan sonra Baş prokurorluğun və Ukrayna təhlükəsizlik xidmətinin əməkdaşları onun evində axtarış aparıblar.

Saakaşvilini saxlayıb hüquq mühafizəçilərinin maşınına mindirəndən sonra, siyasətçinin tərəfdarları avtomobilin hərəkətni bloklayaraq, onun azad edilməsinə nail olublar.

Bundan sonra eks-qubernator çoxsaylı tərəfdarlarının müşayiəti ilə Ali Rada qarşısındakı Konstitusiya meydanına doğru yollanıb və toplaşanlar qarşısında çıxış edib. O, kilyevliləri prezident Pyotr Poroşenkonun impicmentinə nail olmağa çağırıb.

Ukraynanın Baş prokuroru Yuri Lutsenko isə baş verənləri şərh edərkən, bildirib ki, Saakaşvili Rusiyada gizlənən və sabiq prezident Viktor Yanukoviçə yaxınlığı ilə tanınan biznesmendən aldığı pulla ölkədə dövlət çevrilişi təşkil etməkdə şübhəli bilinir.

635x100

Şərhlər

Asim 2017-12-05 21:28:12

Saakaşvili demokratik dünyada çox böyük imic qazanıb.O gürcüstanda demək olar ki, rüşvəti, korrupsiyanı və dövlət terrorrizmini minimuma endirmişdir.Demokratiyanin nəticəsidir ki,Saakaşvilinin həyat yoldaşı hələ də orada deputatdır. Bax rəhbər belə olar.Ona görə onu sivil dünya müdafiə edir.Belə baxanda elə Ukraynada da demokratiya yüksəkdir ki,hökümət xalqla qarşıdurmaya getmir.Poroşenko dövlətçiliyi özündən üstün tutur.

Son yazılar