"Suriya və İraqda 3000-dən az İŞİD üzvü qalıb" - Pentaqon

Suriya və İraqda 3000-dən az İŞİD üzvü qalıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Pentaqon rəsmisi, İraq və Suriyada ABŞ-ın başçılıq etdiyi koalisiyanın həyata keçirdiyi əməliyyatın qərargah nümayəndəsi Rayan Dillon deyib.

“Son məlumatlarımıza görə, İraq və Suriyada 3000-dən az İŞİD döyüşçüsü qalıb. Onlar hələ də təhlükə mənbəyidir. Biz İŞİD-lə mübarizədə tərəfdaşlarımıza dəstək etməyə davam edirik", - deyə Pentaqon rəsmisi deyib.

R.Dillonun sözlərinə görə, qruplaşma İraq və Suriyada ələ keçirdiyi ərazilərin əksəriyyəti üzərində nəzarəti itirib. O, əlavə edib ki, hazırda regionda yeni xarici terrorçuların gəlməsinin qarşısını almağa, İŞİD-ə maliyyə yardımının və qruplaşmanın təbliğatının qarşısını almağa çalışır. R.Dillon söyləyib ki, ABŞ və onun müttəfiqləri 22 min kürd döyüşçüləri daxil olmaqla, 125 min irqlı hərbçiyə yardım göstərib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar