Sarkisyan daha bir generalı işdən çıxardı

Dərc olunub: 05/12/2017 - 22:14

219146_res_01Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini, general-leytenant Aykaz Baqmanyan vəzifəsindən azad edilib.

Virtualaz.org Novosti Armeniya-ya istinadən bildirir ki, prezident Serj Sarkisyan bununla bağlı müvafiq fərman imzalayıb.

Bundan əvvəl A.Baqmanyanın müdafiə naziri Vigen Sarkisyanın məsləhəti ilə istefa ərizəsi yazdığı barədə xəbər yayılmışdı. Daha dəqiq desək, bunu jurnalistlərə açıqlamasında Vigen Sarkisyan özü demişdi. Müdafiə naziri bunu A.Baqmanyanın xidməti vəzifəsinin öhdəsindən gələ bilməməsi ilə bağlı olduğunu bildirmişdi.








loading...


Fikrinizi bildirin