“YENİ TƏHSİL NAZİRİ QADIN OLACAQ” - "Mikayıl Cabbarov Baş nazirliyə hazırlanır"

Prezident İlham Əliyevin dünənki sərəncamları ətrafında qızğın müzakirələr davam edir. Keçmiş vergilər naziri Fazil Məmmədovla bağlı məsələ aydındır - heç kim onun yenidən böyük vəzifəyə qaytarılacağını gözləmir və onun vəzifəsindən uzaqlaşdırılmasının səbəbləri də, təxminən məlumdur.

F.Məmmədovun postunu tərk edəcəyi gözlənilirdi deyə, Prezidentin müvafiq sərəncamı təəccüb doğurmadı. Lakin Təhsil naziri Mikayıl Cabbarova münasibətdə bu fikri irəli sürmək mümkün deyil. Cənab Cabbarovun Təhsil Nazirliyindən Vergilər Nazirliyinə transferini çətin ki, kimsə proqnozlaşdıra bilmişdi.

Bununla belə, dünənki sərəncamlardan sonra M.Cabbarovla bağlı proqnoz verənlərin sayında artım var. Məsələn, iqtisadçı Qubad İbadoğlu hələ 1 sutkadan da azdır ki, Vergilər naziri postuna əyləşən Cabbarovla bağlı belə bir açıqlama-proqnozla çıxış edib: "Bu təyinatı Baş nazirliyə gedən yolda sonuncu mərhələ kimi dəyərləndirmək olar".

Q.İbadoğlunun daha bir proqnozu yeni Təhsil nazirinin kim olacağı ilə bağlıdır. "AzPolitika"nın məlumatına görə, iqtisadçı bu barədə "Facebook"da yazıb: "Böyük ehtimalla, yeni Təhsil naziri Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin təqdimatı ilə təyin ediləcək və xanım olacaq. Onu da nəzərə almaq lazımdır ki, yeni nazir gələn il üçün təsdiq edilmiş 2 milyard manatdan çox təhsil büdcəsini idarə etmək qabiliyyətində olmalıdır".

Rasim ƏLİYEV

AzPolitika.info

635x100

Şərhlər

oxucuya 2017-12-06 18:29:33

ah, necədə ürəyimiz birdi məndə onu deməy istəyirdim

miri 2017-12-06 18:29:33

Kursu məlum YAP gəmisinin bosmani vəya sturmani kim olması fərq etməz.

Canbaxısh Durbalaev 2017-12-06 18:29:33

SepStrategiya davam edir-azərilərin soyunu 4 əsr öncə ...

G.M 2017-12-06 18:29:33

Mıkayıl Cabbarovuun iqtidarda lazımlı kadr kimi qəbul edilməsi,kadr qıtlığından xəbər verir.Deməli,vəziyət çox ciddidir.YAP-ın sosial bazasına etibar edilmir,ya da ki,bu ``baza`` boşdur.

Oxucu 2017-12-06 18:29:33

Təhsil naziri vəzifəsinə ən layiqli namizəd Leyla Əliyavadır.

Quliyev Elxan Sari o. 2017-12-06 18:29:33

Mikayıl Cabbarov Təhsil Nazirliyini necə midarə edibsə VƏRGİLƏR nazirliyini də elə idarə edəcəkdir.Göz dəyməsin CABBAROVA.

Rəcəb 2017-12-06 18:29:33

Azəbaycan güclü dövlətdir.Bu dövləti idarə edən rəhbərimiz olan cənab İlham Əliyevin özünü mən çox sevirəm.Mən ondan cox xahiş edirəm ki, AZƏRBAYCAN da ən azı ən kiçik nəyinki böyük dövlət məmuru olanlara iki vəzifə verilməsin.Onsusda mənim səsimi güc vürən kimdir.Yeni Azərbaycan partiyası gələcək nəsillərimizin partiyasıdır.BU partiyaya ləkə gətirənlərin bəziləri dövlət məmurlarıdır.Onlar YAP-IN adından istifadə edib muxtəlif çirkin işlərlə xalqımızı narahat edərək öz adlarını təmizə çıxararaq yüksək-

AZAD 2017-12-06 18:29:33

NƏRGİZ XANIM YADDAN ÇIXMASIN-YENİ TN O OLMALIDIR!

Memmed 2017-12-06 18:29:33

Tehsil naziri yüz faiz müxalifetden olacaq xalqa sürpiriz

Vətən sevdalı 2017-12-06 18:29:33

Təəccüb edirəm ki,niyə xalqımız öz vəziyyətindən dəhşətə gəlmir?

Bakılı balası 2017-12-06 18:29:33

Ən əsası odur ki, Azərbaycan təhsilinin və təhsil işçilərinin canı Mikayıl Cabbarovdan burdəfəlik xilas oldu. Şükürlər olsun, min-min şükürlər olsun ki, Mika təhsil nazirliyi vəzifəsindən çıxarıldı. Görün və bilin ki, əsil müəllimlər, qabaqcıl təhsil işçiləri M.Cabbarovun təhsil naziri vəzifəsindən çıxarılmıas xəbərindən necə sevindilər. Bu nazilikdə və sistemdə rüşvət və korrupsiya mühiti, moşenniklər və rüşvətxorlar məhv edilməlidirlər. Mikanın əlaltılarını və kadrlarını təhsildən rədd eləmək lazımdır.

Çəbiş müəllim 2017-12-06 18:29:33

Baş-ayaq kadr siyasətimizdə Təhsil naziri vəzifəsinə ən real namizədlər bunlardır: Samir Şərifov, Hacıbala Abutalıbov, Abid Şərifov, Mikanın təhsildən uzaq kefqom müavini, məşqçi Qurban Qurbanov, öz qapısına qol vuran Rəşad Sadıqiv, ən böyük JEK-lərdən birinin müdiri, Elza Seyidcahan, Toppuş bacı, Fazil Məmmədov, şair Ağoppa, şairə Deniz, alim-pedaqoq-yazıçı-jurnalist-ictima xadim Qulu Məhərrəmli ilə Nizami müəllim, Xalq artisti Alim Qasımov, məşhur iş adamı, fermer Bardaqçı və Siyavuş Novruzov.

Amon 2017-12-06 18:29:33

Yeni tehsil naziri supermen olacaq

Son yazılar