“SƏHHƏTİMDƏ AZ PROBLEM VAR...” - Vəzifəsindən azad olunan Fazil Məmmədovdan ilk açıqlama

Xəbər verdiyimiz kimi, ötən gün prezident İlham Əliyevin sərəncamı ilə vergilər naziri Fazil Məmmədov vəzifəsindən azad olunaraq onun yerinə təhsil naziri Mikayıl Cabbarov təyin edilib.

Dövlət başçısının müvafiq qərarından sonra bir sıra KİV-də, sosial şəbəkələrdə Vergilər nazirinin vəzifəsindən azad olunması ilə bağlı çoxlu müzakirələr aparılıb. Onun işdən azad olunması ilə bağlı çoxsaylı fikirlər səsləndirilib.

“Bizimyol.info” saytı müzakirə olunan məsələlər haqda ötən gün vəzifəsindən azad olunan Fazil Məmmədova zəng edib. Eks nazir saytımıza açıqlamasında Prezidentin qərarının müzakirə edilməz olduğunu bildirib.

“Cənab Prezident məni sərəncam verərək işdən azad edib. Bu barədə səlahiyyətlər Prezidentə aiddir və müzakirə olunmur. Mən təşəkkür edirəm. Prezident nə məsləhət bilib, odur. Səhhətimdə az problem var, yaxşıyam, narahat olmayın. Mən bütün jurnalistlərə təşəkkür, minnətdarlıq edirəm.”

635x100

Şərhlər

vətəndaş 2017-12-06 16:14:51

Nazir olduğunuz dövründə Azərbaycanın iqtisadiyyatına böyük zərbə vurmusan.Bütün müəssisələrdə və Səhmdar Cəmiyyətlərdə Vergidən yayınmalar hökm sürür...Dövlətə sədaqətlə xidmət etmək əvəzinə,şəxsi maraqlarınıza üstünlük vermisiniz.Qanunsuz yolla əldə etdiyiniz milyardlar,dövlətin nəfinə keçməlidir...

Eliyar 2017-12-06 16:14:51

Allah sefa versin.vergi sistemini her ne de olsa min bir eziyyetle qurdu hazir veziyyetde verdi mikayil muellime

Cəmşid 2017-12-06 16:14:51

Bəlkə bir narazılıq da edəydin.

avaç şofer 2017-12-06 16:14:51

Vәzifәdәn gedәnlrin hamısı"xәstәlәnir".Tak şto sәn nә 1-ci,nә dә axırncı deyilsәn.

Eliyar-a cavab 2017-12-06 16:14:51

Qurmaz olaydi bele sistemi, ozu ile aparaydi. min bir eziyyetle olmasa da cibinde minbir cur lal cevahiratla, minbir cur milyonlarla dollarla getdi.

Dövlətçiliyimizi sevən 2017-12-06 16:14:51

Fazil sağ əlin Şəkinin başına.......

Son yazılar