RAMİZ MEHDİYEV FAZİL MƏMMƏDOVU TƏNQİD ETDİ - Cabbarov kollektivə təqdim olunub

ramiz mBu gün yeni təyin edilmiş vergilər naziri Mikayıl Cabbarov nazirliyin kollektivinə təqdim olunub. Onu kollektivə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təqdim edib. Ramiz Mehdiyev keçmiş vergilər naziri Fazil Məmmədovun fəaliyyətini tənqid edib.

Yeni təyin olunmuş vergilər naziri Mikayıl Cabbarov çıxış edərək ölkə başçısının ona göstərdiyi yüksək etimada görə təşəkkürünü bildirib, qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirəcəyini qeyd edib.

Xatırladaq ki, ötən gün Prezident İlham Əliyev Fazil Əsəd oğlu Məmmədovun vergilər naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Prezidentin digər sərəncamı ilə Mikayıl Çingiz oğlu Cabbarov təhsil naziri vəzifəsindən azad edilib.

Dövlət başçısının üçüncü sərəncamı ilə Mikayıl Cabbarov vergilər naziri vəzifəsinə təyin edilib.

635x100

Şərhlər

oxucu 2017-12-06 22:00:18

Ramiz Mehdiyev, senin de NOVBEN YAXINLASHIR, BESDIR..., Putin HOKMEN sene ORDEN VERCEK...!

2017-12-06 22:00:18

Fazil Məmmədov gündən-günə inkişaf edən Azərbaycanımızın iqtisadiyatına böyük zərbə vurub.Belə ki,dəfələrlə müraciət edərək "Şəki-Bazar" ASC-i tərəfindən ildə 500,0-600,0 min manat vergidən yayınmasının qarşısını almağa köməklik göstərilməsini x.e.baxmayaraq göz yummağa üstünlük vermiş və bu səbəbdən Səhmdarlar qanuni dividentlərindən məhrum olmuşlar. Nazir Mikayıl Cabbarov VN-də yaranmış monopoliyaya son qoyacaq və öz xidmətləri ilə cənab Prezidentimizin etimadını layiqincə doğruldacaqdır.Uğurlar.

diaspor fealı 2017-12-06 22:00:18

birileri de çıxıb dövletimizin pulu üstünde oyun oynayan diaspor komitesinin başında duranlardan cenab ibrahimovdan müavini valeh beyden ve neriman beyden hesab neden sormur? dövletin pulu ile öz uşaqlarına xaricde mal müülk alıb iş görürler. diasporanın heç bir işine faydası yoxdur bu qurumun. özlerine bir banda yaradıblar. 100 min dollar gönderib 90 minini geri alırlar bunlar.

ayxan 2017-12-06 22:00:18

Cenab Mehduyevin Fazil müellimi tenqid etdiyini siz haradan bilirsiniz, orada olmusunuzmu ? ingilis bayrağı olan eynulla fetullayev ağlına geleni yazır sizde kopyalayırsınız.

Yaqub 2017-12-06 22:00:18

gedenin dalınca danışmaq sadece gunahdı, məmurların hec biri düz işlemir....

Son yazılar