İŞİD-lə əlaqədə şübhəli bilinən 26, FETÖ ilə əlaqədar isə 47 nəfər tutulub

Türkiyə təhlükəsizlik qüvvələrinin İstanbulun iki rayonunda keçirdikləri antiterror əməliyyatı nəticəsində terrorçu İŞİD qruplaşması ilə əlaqdə şübhəli bilinən 26 nəfər tutulub.

“Report” DHD-ya istinadən xəbər verir ki, əməliyyat dekabrın 6-da səhər saatlarında Fatih və Başakşehir rayonlarındakı 6 ünvanda keçirilib.

Şübhəlilərin yaşadıqları ünvanlarda aparılan axtarış-əməliyyat nəticəsində çoxlu sayda digital vəsaitlər və terrorçu qruplaşmaya aid materiallar aşkarlanıb.

Noyabrın əvvəlindən Türkiyə təhlükəsizlik baş idarəsi İŞİD-lə əlaqədar 283 şübhəlini tutduqlarını bildirib.

Ötən gecə Ankarada Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqədar 65 ünvanda 87 şübhəlinin tutulması istiqamətində əməliyyat keçirilib. Əməliyyat nəticəsində 47 nəfər tutulub. Onların arasında FETÖ-nün lideri Fətullah Gülənin qardaşı oğlu Salman Gülən də var.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar