Qüdsdən sonra sıra Məkkə və Mədinədədir – Şok iddia

“Yeni Şəfəq” qəzetinin baş direktoru İbrahim Qaragül son günlərin siyasi müzakirə mövzusu olan İsrailin paytaxtının Qüdsə köçürülmə planları ilə bağlı diqqətçəkən açıqlama verib.Axar.az xəbər verir ki, Qaragül Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Səudiyyə Ərəbistanı və Misirin Qüds məsələsində ABŞ və İsraillə razılığa gəldiyini iddia edib: “Belə bir razılıq olmasaydı, ABŞ və İsrail bu cür rahat hərəkət edə bilməzdi. İslam dünyası tarixi sınaqla qarşı-qarşıyadır. Qüds alındıqdan sonra sıra Məkkə və Mədinəyə gələcək”.

Qeyd edək ki, Trampın bu gün Qüdsü İsrailin paytaxtı kimi tanıdığını bildirib və ABŞ səfirliyini bura köçürəcəyini bildirir. Trampın qərarı artıq bir sıra müsəlman ölkələrində narazılıq yaradıb. ABŞ Konqresi səfirliyin Qüdsə köçürülməsi haqqında qərarı 1985-ci ildə versə də, indiyə qədər bu qərarın icrasına ölkə prezidentləri tərəfindən veto qoyulub

635x100

Şərhlər

Oqtay 2017-12-06 22:21:12

Məkkə də heçnə ola bilməz hələki Həcc yaxşı pul gətirirdeyə dəyməzlər

Son yazılar