ƏRƏBLƏRİN «QÜDS SUSQUNLUĞU» - 3 dövlətin «altında su var»...

Son günlər Qüds məsələsi - Qüds şəhərinin İsrailin paytaxtı elan edilməsi barədə Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Trampın gözlənilən çıxışı qızğın siyasi müzakirələr doğurub. Hətta Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyip Ərdoğan (və İordaniya kralı) bu barədə kəskin bəyanatla çıxış edib...

Qüds məsələsi olduqca qəliz bir problemdir və kokləri xeyli dərinlərə işləyir - bu, ayııca bir yazının mövzusudur. Dünyanın sionist dairələri, İsrail dövləti Qüds məsələsinə bir «özünütəsdiq» kimi baxır və bu istiqamətdə addım-addım irəliləyir. Hazırkı cəhd də növbəti addımdır. Amma bu məsələdə ABŞ-ın iştirakı maraq və qəzəb doğurduğu kimi, ərəb ölkələri liderlərinin susqun mövqeyi təəccüb və təəssüf doğurmaya bilməz. Heç təsadüfi deyil ki, ərəb dövlətlərinin yumşaq desək, bunca laqeydliyi Türkiyə mətbuatının diqqətini vaxtında cəlb edib. Misal olaraq, «Yeni Şəfəq» qəzetinin rəhbərlərindən biri olan İbrahim Qaragülün açıqlamalarını önə çəkmək olar...

KİV-in məlumatına görə, Qüds şəhərinin ABŞ tərəfindən İsrail dövlətinin paytaxtı «elan edilməsi» gözləntisi ilə bağlı İbrahim Qaragül bildirib ki, məsələyə yönəlik Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ), Səudiyyə Ərəbistanının (SƏ) Misirin susqunluğu onların ABŞ və İsraillə pərdəarxası razılığa gəlməsinin nəticəsidir: «Belə bir razılıq olmasaydı ABŞ və İsrail bu cür rahat hərəkət edə bilməzdi. İslam dünyası tarixi sınaqla üz-üzədir. Qüds alındıqdan sonra növbə Məkkə və Mədinəyə yetişəcək...».

Gerçəkdən bu məsələdə «ərəb susqunluğu» (əslində, ərəb xəyanəti!) izləri özünü açıqca büruzə verir və yumşaq desək, ikrah doğurur. Deməli, bunun ciddi səbəbli var və onların üzərinə ötəri də olsa «işıq salmaq» gərəkdir.

Misirin susqunluğu

Fələstin məsələsində Misirin xəyanəti hələ Prezident Ənvər Sədatın dövründə baş verib - Kemp-Devid sazişini nəzərdə tuturam. Həmin sazişin elan edilən müvafiq bəndinə uyğun olaraq, Misir ilk ərəb dövləti kimi İsraillə diplomatik münasibətlər qurub və Prezident Ənvər Sədat ilk ərəb dövlət başçısı kimi İsrailə rəsmi səfər edib. Bu, İsrailin dövlət kimi tanınması isitiqamətində ərəb dünyasının ilk «acı təcrübəsi» sayılır...

Kemp-Devid sazişinin ciddi-cəhdlə gizli saxlanan digər bir bəndinə uyğun olaraq, İsraillə «mehriban dolanmağın» qarşılığında, ABŞ dövləti (oxu -ABŞ sionist mərkəzi!) hər il Misir ordusuna 5 milyard dollar vəsait (guya yardım!) ödəyir. Mənbələrin məlumatına görə, həmin pulların hesabına Misirdə artıq xeyli güclü bir «hərbi elita» formalaşıb - işləri qarışdıran da məhz həmin elitadır. Bu baxımdan, Kemp-Devid sazişinin ərəb dünyasında «separat saziş» adlandırılması təsadüf deyil.

Bəzi mənbələrin məlumatına görə, Ənvər Sədatı da məhz bu xəyanətinə görə öldürüblər...

Səudiyyə Ərəbistanının susqunluğu

Məlum olduğu kimi, Səudiyyə Ərəbistanı (SƏ) ərəb dünyasının ən güclüsü sayılır və həm də bölgədə ABŞ-ın ən sadiq dostu hesab olunur. Bu «dostluq» Fələstin məsələsində SƏ-nın «neytral» mövqedə dayanmasına səbəb olur.

Burada bir haşiyəyə çıxmaq yerinə düşərdi. Vaxtilə, İsrailin Baş naziri Ariyel Şaron açıq mətnlə deyib: «ABŞ-ı yəhudilər idarə edirlər və amerikalılar özləri də bunu bilirlər...». İndi, özünüz tutuşdurun - SƏ de-fakto yəhudilərin idarəciliyi altında olan dövlətlə dostluq edir. O zaman nə üçün də susmasın?...

Digər və birinci səbəbdən heç də az əhəmiyyətli olmayan səbəbi də unutmaq olmaz. Bir neçə mənbənin verdiyi məlumata görə, ölkənin hakim Səudlar nəsli yəhudi kökənlidir! Belədə, məqamı gəldiyi zamanlar «qan çəkir» axı...

İbrahim Qaragül Məkkə və Mədinəni yada salıb. Məlumdur ki, islamın hər iki müqəddəs şəhəri SƏ ərazisində yerləşir. Bütün bunlar İbrahim bəyin nə qədər uzaqgörən və haqlı olduğunu açıq göstərir...

BƏƏ-nin susqunluğu

Bu ölkənin susqunluğu isə sadəcə, sərvətə hərislikdən irəli gəlir. Ölkə rəhbərliyi «Dubayı itirməkdən qorxur...».

Göründüyü kimi, hər üç ərəb dövlətinin «altında su var...».

Mirzə AĞ

AzPolitika.info

635x100

Şərhlər

Zaza 2017-12-07 01:44:29

Bes Iran niye susur? Azerbaycani demirem yehudileri sevirler.

Millet 2017-12-07 01:44:29

Düzdür qüts israil paytaxtı oımalıdı ne vaxt yer üzünde müselman devletlernin rehberleri secki yolunnan seclib amerika avropa kimi olacaq bax onda qüts felestin paytaxtı olacaq cenablar

G.M 2017-12-07 01:44:29

Daha Dünya inkişafda daha da sürətlə irəliləyir.Avtoritar,diktator düşüncəli həyat süqut edir.Qütsün küçədə maşınının təkərinə ``təbii ehtiyacını`` ödəyən ərəbə nə dəxli var.Dünya və onun malik olduğu hər şey Elmili,ağıllı insanlara məxsusdur.

Son yazılar