"Qaçılmaz müharibəyə hazırlaşmalıyıq" - Şimali Koreya XİN

Son zamanlar ABŞ Silahlı Qüvvələri Koreya yarımadası ətrafında indiyədək görünməmiş irimiqyaslı hərbi təlimlər həyata keçirir, yüksək rütbəli siyasətçilər ardıcıl olaraq KXDR-ə qarşı sərt bəyanatlar səsləndirir.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Şimali Koreya xarici işlər nazirliyinin bəyanatında bildirilir.

“Hədə və təhdidlərlə dolu bəyanatları xəbərdarlıq kimi qiymətləndirərək, müharibəyə hazırlaşmalıyıq. Müharibə arzulamasaq da, ondan gizlənən də deyilik. Hazırda ortada bir sual durur – müharibə nə vaxt başlayacaq”, bəyanatda deyilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar