BMT Təhlükəsizlik Şurasının təcili iclası keçiriləcək

ABŞ prezidenti Donald Trampın Qüdslə bağlı son bəyanatları ilə əlaqədar BMT Təhlükəsizlik Şurasında təcili iclas keçiriləcək.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin mənzil qərargahındakı diplomatik mənbə bildirib.

Məlumata əsasən, Trampın Qüdsün statusu ilə bağlı bəyanatı ilə əlaqədar 8 ölkə - Böyük Britaniya, Boliviya, Misir, İtaliya, Seneqal, Uruqvay, Fransa və İsveç təcili iclas keçirilməsi təşəbbüsü ilə çıxış edib.

İclasın dekabrın 9-da keçiriləcəyi planlaşdırılır.

635x100

Şərhlər

Bəhram Qarabağlı 2017-12-07 10:23:02

Azərbaycan da təcili Qarabağ problemini kəskin qoymalıdır: 1.Hərbi işğalçılar Sülh naminə ən geci 3 aya Azərbaycan ərazisini tərk etsinlər. 2.Əks halda Ermənistan işğalçı kimi BMT-nin dövlətlər siyahısından çıxarılsın. 3.Ərazisi(əlbəttə, dil və din azadlığı qalmaqla) keçmiş Türkiyə və İran varisi kimi Azərbaycanın tabeliyinə verilsin.

Son yazılar