Yaşayış binasında yanğın - Sakinlər təxliyə edilib

Xırdalanda yaşayış binasında yanğın olub.

APA-nın məlumatına görə, hadisə şəhərin Mehdi Hüseynzadə küçəsi, 26-cı məhəllə ərazisində qeydə alınıb. Çoxmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində şaxtada baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Xilasedicilər 30 nəfər bina sakinini təxliyə edib.

Həyata keçirilən tədbirlər nəticəsində yanğın söndürülüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar