Nazir rublla bağlı proqnoz verdi

Rubl dayanıqlıdır və onun məzənnəsi nə bu il, nə də gələn il düşməyəcək.

Trend-in məlumatına görə, bunu Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin deyib.

Nazir həmçinin qeyd edib ki, Rusiya iqtisadiyyatı növbəti iki ildə artım nümayiş etdirə bilər. Onun sözlərinə görə, nazirliyin proqnozlarına əsasən ölkə iqtisadiyyatı 2018-2019-cu illərdə 2 faiz arta bilər.

Qeyd edək ki, bu ilin avqustunda M.Oreşkin Rusiya rublunun ilin sonunadək daha yumşaq ucuzlaşmasını gözlədiyini bildirmişdi. Nazir qeyd etmişdi ki, ilin sonunadək 1 dollar 68 rubl yox, 63 rubla bərabər olar bilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar