"Dağlıq Qarabağ münaqişəsi bizdə dərin narahatlıq doğurur" - ATƏT PA-nın prezidenti

"ATƏT təhlükəsizlik sahəsində qarşılıqlı əməkdaşlıq üçün unikal platformadır."

"Report" xəbər verir ki, bunu ATƏT Parlament Assambleyasının prezidenti Gigi Sereteli bəyan edib.

G.Sereteli bildirib ki, bütün ATƏT məkanında münaqişələrlə bağlı qətnamələrə riayət olunmasına diqqət yetirmək lazımdır: "Dağlıq Qarabağ münaqişəsi bizdə dərin narahatlıq doğurur."

Onun sözlərinə görə, sülhün əldə olunması və münaqişə tərəfləri arasında etimadın qurulması üzrə tədbirlərin həyata keçirməsi üçün birgə səylər göstərmək lazımdır.

ATƏT PA prezidenti vurğulayıb ki, sülh güc yolu ilə deyil, anlaşma yolu ilə əldə edilə bilər: "Biz prinsiplərimizi nüfuzdan sala bilmərik."

635x100

Şərhlər

Bəhram Qarabağlı 2017-12-07 14:05:06

Уважаемый Президент ПА ОБСЕ Господин Gigi Sereteli, в присутствии военных захватчиков насколько доверительны Мирные урегулирования. Никаких пререканий и санкций против аннекции чужой территории по официальному указу от 14.06.1988 г. И наоборот, ПА экспромтом рассмотривает выдуманный по ходу истории "Армянcкий геноцид" и в течение многих лет никаких прооектов, хотя бы объязавщего сроками исполнения рещений СБ ООН захватчика чужих домов.

Son yazılar