"İLQAR MƏMMƏDOV AZADLIĞA BURAXILA BİLƏR" - Prezidentin köməkçisi

"Müstəqillik illərində Qərbdə və Avropada müəyyən dairələrin Azərbaycanla bağlı proseslərə ədalətli mövqe nümayiş etdirməməsi Azərbaycan ictimaiyyətini artıq son dərəcə narahat edir. Belə mövqenin yeni bir nümunəsi dekabrın 5-də Avropa Şurasında İlqar Məmmədovla bağlı məsələnin müzakirəsi zamanı özünü göstərdi".

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi – şöbə müdiri Novruz Məmmədov deyib.

N. Məmmədovun sözlərinə görə, İlqar Məmmədovla bağlı məsələ artıq bir müddətdir ki, Avropa Şurasının fəaliyyətinə istiqamət verə biləcək fiqurlardan olan baş katib Yaqlandın yuxusuna haram qatıb: "O elə hesab edir ki, hansı məqsədlərə xidmət etdiyini heç kim bilmir. Görünür, Yaqlandın məqsədi İlqar Məmmədov məsələsini əlində “insan haqlarının müdafiəçisi” bayrağı edərək, nəyin bahasına olursa olsun, Azərbaycanı “cəzalandırmaq”, Azərbaycana özünün nəyə qadir olduğunu nümayiş etdirməkdir.

Düşünür ki, buna asanlıqla nail ola bilər. Nahaq yerə Avropa İttifaqını - xristian klubu adlandırmırlar ki! Niyə Avropa Şurası da xristian klubu olmasın. İslamofobiyanın bu səviyyəyə çatdığı bir zamanda ona kim mane ola bilər. Elə bu yolla da istədiyi “əsas məqsədinə” çata bilər. Belə olmasaydı, ötən illər ərzində, Avropa Şurasına üzv ola-ola Azərbaycanın ərazilərini işğal altında saxlayan Ermənistanla əlaqədar, heç olmasa, bircə dəfə bir yerdə bir söz deyər, mövqe bildirərdi. Amma əfsuslar. Daim insan haqlarından, öhdəlikdən danışan bu Avropa qurumunun, sanki, heç bir öhdəliyi yoxdur. Başqa dövlətin ərazilərini işğal altında saxlayan dövlət Yaqlandın mövqeyinə görə heç bir məsuliyyət daşımır".

N. Məmmədov bildirib ki, Ermənistanın uzun illərdir Azərbaycan torpaqlarını işğal altında saxlamasına, orada yaşayan 1 milyondan artıq Azərbaycanlının təməl hüquqlarını pozmasına, Xocalı soyqırımını törətməsinə baxmayaraq, ona qarşı heç bir tədbir görülmür, hər hansı sanksiya tətbiq edilmir və bu ölkə hələ də insan hüquqlarının simvolu olan Avropa Şurasının üzvüdür: "Avropa dəyərləri budurmu? Nə səbəbə Avropa İttifaqından öz ərazi bütövlüyünə dəstək almaq üçün Azərbaycan 26 il gözləməli idi?

Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalına biganə yanaşan Avropa özü bu gün separatizmlə üzləşdiyindən məsələyə mövqeyini dəyişməyə, öz üzvlərinin ərazi bütövlüyünü dəstəkləyən bəyanatlar verməyə başlayıb ki, bu da ikili standartların bariz nümunəsidir. Halbuki, biz dəfələrlə separatizmə qarşı vahid mövqeyin formalaşdırılmasının zəruriliyini, separatizmin bumeranq effekti verərək, Avropanın özünə qayıdacağı barədə fikirlər bildirmişik.

Əgər Avropa Şurası belə addımlarla Azərbaycanı qurumdan kənarlaşdırmaq niyyətini əsaslandırmağa çalışırsa, buna heç bir ehtiyac yoxdur. Azərbaycan Avropa Şurasına üzv olduğu dövrdən etibarən, Avropa Şurası ilə həyata keçirdiyi beynəlxalq əməkdaşlıq layihələri, müxtəlif təşkilatlar çərçivəsində göstərdiyi yardımlar barəsində heç olmasa bir müsbət fikir eşitmək əvəzinə, qarşılaşdığı hər bir məsələdə həm qurumun, həm də onun rəhbərliyinin qərəzli münasibəti ilə üzləşib.

Azərbaycan Avropa Şurasının tam hüquqlu üzvüdür. Bununla belə, Azərbaycanın təşkilatdan çıxması faciə deyil. Avropa Şurasının digər üzv ölkələrində baş verən beynəlxalq hüquq və insan hüquqlarının, eləcə də Avropa Şurası Nizamnaməsinin pozuntuları, təşkilatın bir üzv ölkəsinin digərinin ərazisini işğalı, təşkilat qarşısında öhdəliklərin yerinə yetirilməməsi (üzvlük haqqının ödənilməməsi, məhkəmə qərarlarının icra edilməməsi, jurnalist, vətəndaş cəmiyyəti nümayəndələrinə qarşı təzyiqlər və onların fəaliyyətinə məhdudiyyətlər) və Avropa İnsan Hüquqları Məhkəməsinin minlərlə qərarının icra edilməməsi fonunda yalnız Azərbaycana qarşı belə bir addım beynəlxalq hüquqa - ədalətə məhəl qoymamaqdan, yuxarıda qeyd etdiyimiz münasibətin davamından başqa bir şey deyil.

Beləliklə, Avropa Şurası Avropa İnsan Hüquqları Konvensiyasının 46.4-cü maddəsini həmin dövlətlərə deyil, məhz ilk olaraq Azərbaycana qarşı tətbiq etməyə çalışır. Ermənistanda mövcud olan çoxsaylı insan hüquqları pozuntularının təsbit olunması fonunda bu ölkə haqda heç bir tənqidi fikrin belə söylənilməməsi AŞ Nazirlər Komitəsinin bu qərarı ilə bağlı ciddi suallar doğurur.

Bu isə yenə də müsəlman dövlətə qarşı qərəzli mövqe ortaya qoyur və islamofobiyanın müəyyən formada təzahürü deyilmi? Hətta ikitərəfli danışıqlar zamanı özünü dost kimi göstərməyə çalışan bəzi dövlətlər də səsvermə zamanı tamam başqa cür hərəkət edir.

Halbuki Azərbaycan sözügedən qərarın icrası üçün bütün mümkün vasitələrdən istifadə etməklə bağlı öz vədlərinə sadiq qalaraq, Prezidentin sərəncamı ilə müvafiq qanunvericilik islahatlarının aparılmasına davam edir. Bu xüsusda, qanunvericiliyə edilmiş dəyişikliklərə uyğun olaraq, 2017-ci ilin dekabrın 1-dən etibarən İ.Məmmədov məhkəməyə müraciəti əsasında cəza müddətinin 2/3 hissəsini çəkdiyinə görə şərti azadlığa buraxılma hüququna malik ola bilər. Bununla yanaşı, Azərbaycan tərəfi məsələnin digər həll yollarının axtarılması üçün konstruktiv danışıqlara gedə bilər.

Lakin Avropa Şurasının bir qurumu prosesin hansı istiqamətdə gedəcəyini nəzərə almadan müəyyən dairələrin təsiri altına düşərək qərəzli mövqelərini davam etdirir. Vəziyyətin bu dərəcəyə çatmasında isə Yaqlandın həlledici rolu göz qabağındadır.

Son bir neçə onillikdə beynəlxalq aləmdə eləcə də Avropada baş verən hadisələr və proseslər, bunların nəticəsində müxtəlif ölkələrdə yüz minlərlə insanın tələf olması, milyonlarla insanın evindən – ocağından didərgin düşərək qaçqına çevrilməsi, minlərlə şəhərin, kəndin xaraba qalması və sonda yaranmış gərginlik beynəlxalq birliyi və onun liderlərini daha çox narahat etməli və düşündürməlidir. Bu gün radikalizm, terrorizm, separatizm, miqrasiya, kütləvi qırğın silahlarından istifadə nə üçün belə geniş vüsət alıb? Bütün bunların səbəbləri nədir? Dünya birliyi hara istiqamət götürüb? Sabit, təhlükəsiz və davamlı inkişafı təmin edən gələcəyə tam təminat və əminlik varmı?

Yaqlandı tanıyanlarda da, tanımayanlarda da sual yarana bilər: Onun fəaliyyətinə belə münasibətə ehtiyac varmı? Əminliklə, “var” deyirəm. Ona görə ki, bu yolla dünya düzəninin indiki vəziyyətə düşməsinə töhfə verilir.

Təəssüflər olsun ki, elə bu günlərdə atılan addımlar da əvvəlkilərin davamından başqa bir şey deyil. Əminəm ki, dünyanın hər yerində, elə Avropada da mənim fikirlərimi bölüşənlər çoxdur".

635x100

Şərhlər

G.M 2017-12-07 18:01:24

Avropanın Ilqar Məmmədovun azadlıq tələbi ilə. bir milyon qaçqına olan münasibətini eyniləşdirmək,müqayisə etmək olmaz..Əvvəla Azərbaycanın özünün Qarabağla əlaqədar birmənalı münasibəti Onun Beynəlxalq aləmdəki Demokratik imicindən keçir.İ.Məmmədova qarşı aparılan saxta ittihamlar fonunda ,Avropa erməni icmasının təhlükəsizliyinin təminatını görmür.İkincisi də İ.Məmmədovun azad olunması iqtidarın məğlubiyyəti yox,Azərbaycanın Avropaya hörməti, Demokratiyaya doğru addım atmasının göstəricisi ola bilər.

-- 2017-12-07 18:01:24

Var olsun, dünya durduqca yaşasın Prezidentimiz. İlqar Məmmədov və onun yoldaşlarının dünya siyasətindən başları cxmır, hiyləgər Qərb siyasətcilərinin yalancı səmimiyyətlərinə sadəlöhvlüklə inanırlar, Siz əvvəlcə öz qohumlarınızla yola gedin. Böyük xalqın taleyi ilə oynamayın, dünyanı bolmək arzusunda olan kapitalistlərlə həll etməyin. İlqar Məmmədov, sən də otur yerində, ağıllan.

AZAD 2017-12-07 18:01:24

NOVRUZ MÜƏLLİM!AVROPA BİRLİYİNDƏ İSLAMOFOBİTA VAR İDİSƏ O QƏDƏR QAÇQIN MÜSƏLMANLARA NİYƏ SIĞINACAQ VERİRDİLƏR? SİZ İSLAMİSTƏYƏN OLUB NƏ QƏDƏR QAÇQIN QƏBUL ETMİSİNİZ?POLİSLƏRİNİZ NİYƏ KÜÇƏDƏ SAQQALLI GÖRƏN KİMİ TUTUB AOARIB SAQQALINI QIRXIR?...

Fizuli 2017-12-07 18:01:24

Goresen Ilqari niye hebs edibler ki,ki,AVROPA onun azad olmasini teleb edir.Ilqarin gunahi nedir ki,o hebsde saxlanilir?Olkede sorqu kecirilsin xalq reyini bildirsin ki,Mehkeme onu niye xalqdan izolyacia edib Novruz myallim.Qaldi ki,xalqi talayan, soqan kimi soyan "N"qeder Tyrmede yatasi cinayetkar var ki,Mehkeme varsa qoy o cinayetkarlari tytsun da. Yeqin sifariw yoxdur da

Quliyev Elxan Sarı o. 2017-12-07 18:01:24

Sadə bir məsələni bizim respublika üçün Avropa Birliyi həll edəcəksə onda baş bilənlərimiz-məhkəmələrimiz nəylə məşğul olurlar?

pensioner 2017-12-07 18:01:24

"Müstəqillik illərində Qərbdə və Avropada..." Novruz müəllim, necə deyərlər malı mala qatmayaq və təmtaraqlı sözlərdən əl çəkib konkret İlqar Məmmədovdan danışaq.Bu insan günahsızdır! İnanmırsınızsa sosioloji sorğu keçirin.

Bashirov Qarib 2017-12-07 18:01:24

Ermenistani ishgalchi adlandiran Avropa Azerbaycana yaxshiliqdan bashqa ne edib ki?Azerbaycan kechen il cebhe xettini yarib, torpaqlari azad etmek isteyende , Avropa dedi etmeyin, ya ermenistan prezidenti xahish etdi dayanin ve qoshunlari geri chekin? Avropa ne deyir? Deyir ki, insan haqqlarinin pozulmasindan el chekin, insanlari gunahsiz hebslere atmayin, siyasilere hormetle yanashin. Bu meseleler hech bir olkenin daxili ishi sayila bilmez. Avropa hemishe Azerbaycana leyaqetle yanashib.

miri 2017-12-07 18:01:24

Günahsız adam həbs olunur.Haqqi başa düşən hər kəs və eləcə də beynəlxalq təşkilatlar bu haqsızlıqlara qarşı çıxır."Məhkəməyə müraciət et 3də 2ilə azad ol","əfv olunmaq üçün ərizə yaz","heykəllər qarşısında baş əy","məmləkəti tərk et","siyasətlə məşğul olma" kimi absurd məcburetmələr hara qədər gedəcək?Bu məntiqsiz məcburiyyət Bumeranq kimi bir gün mütləq qayıda bilər.Dusunun,müəllim adını mənimsəyənlər.

Asim 2017-12-07 18:01:24

N.Məmmədov sənin bu cılız düşüncəni heç kim bölüşə bilməz.Sənin danışığında heç bir məntiq yoxdur.Heç olmasa özün bir yana, xalqı bu çiliz məntiqinlə biabr etmə.Avropa səndən insanın haqqını tələb edir.Sənin sözündən belə çıxır ki,biz vətəndaşla istədiyimiz kimi davranaq,heç kəs bizim işimizə qoşulmasın.Sən fikirləş ki, sənin bu sərsəm fikirindən erməni nə cür istifadə edə bilər.Fransız dili müəllimi nə vaxtdan diplomat olub? Ona görə bu günə qalmışıq.Dünyada söz sahibi ola bilmirik.

NURəddin 2017-12-07 18:01:24

BU ADAM MƏSƏLƏYƏ DON GEYDİRMƏK İSTƏYİR, ANCAQ BACARMIR.SÖHBƏT ƏLİDEN GEDİR BU İSƏ PİRVƏLİDƏN DANIŞIR.SİZƏ DEYİRLƏR Kİ, NƏ EDİRSİZ VƏ NƏ ETMİSİNİZ BİLİRİK, EDİN.AMMA İNSAN ÖVLADINI BU QƏDƏR ALÇALTMAYIN.ONLAR İNSANLIĞIN MÜBARİZƏSİNƏ QALXIB VƏ MÜTLƏQ QALİB GƏLƏCƏKLƏR.O Kİ, QALDI NİYƏ AZƏRBAYCANDAN BAŞLAYIBLAR, ONA GÖRƏ Kİ, ONLAR DA GÖRÜR Kİ,DÜNYANIN HEÇ BİR YERİNDƏ BU QƏDƏR AMANSIZLIQ YOXDUR. HEÇ 1 HAKİMİYYƏT QIRMIZI XƏTLƏRİ BU QƏDƏR SAYMAZYANA KEÇMİR.DAHA GECDİR.SÖZÜNÜZÜ AYIN 7-DƏ YOX, 5-İNDƏ DEMƏLİ İDİNİZ.

Tofiq 2017-12-07 18:01:24

Ay noyruz sem kimsen

vetendas 2017-12-07 18:01:24

Hec kese qarqis etmeyi sevmirem. O gun olsun, senin de oqlunu gunahsiz yere hebs etsinler, onda senden sorusaram, Necesen???? Xalqa Xalqdan olan, xalqi seven insanlar liderlik ede bilerler! Sen kimsen ki, bu xalqin adindan danisirsan, oz curuk felsefenle, lo metr do Franse? Sen vseqo lis, lo metrsen, o da gerek bal toplayasan ki, belke muellim isleyesen.

ABDULQADIR 2017-12-07 18:01:24

BIR MILYONDAN CHOX AZERBAYCANLININ TEMEL HÜQÜQLARININ POZULMASI QACQIN KOMUN SEDRI HESENOVUN NEVESININ BIR MILYONLUQ MASHIN KOLLEKSIYASININ QARAJINDAN KECHIR.BU QEDER HOQQADAN SONRA BU ADAM HELE DE VEZIFEDEDIRSE,BURDA GÜNAHI AVROPADA YOX,ERMENILERLE ORTAQ XALQA ZÜLM EDENLERDE AXTARMAQ LAZIMDIR.

cəngərlik sakini 2017-12-07 18:01:24

İSLAMIN BU İŞLƏ NƏ ƏLAQƏSİ.İSLAM SEVƏRLİYİMİZ BÜTÜN İSLAM ALƏMİNƏ BƏLLİDİR.NAMAZQILANLARA,HİCABLILARA,SAQQALLILARA OLAN MÜNASİBƏTİMİZLƏ.SƏHV ETMİRƏMSƏ MİNGƏÇEVİRDƏ HANSISA İNSTİTUT REKTORU MƏCBUR ETDİ TƏLƏBƏLƏRİN HİCABINI ÇIXARDI.BU MYANMADA DEYİL İSLAM ÖLKƏSİNDƏ 2017-Cİ İLDƏ OLAN HADİSƏLƏRDİR.GÜNAHSIZ İNSANLARI HƏBSƏ ATAN,CİNAYƏTKARLARI AZAD EDƏN HAKİMLƏR ALLAH QARŞISINDA NƏ CAVAB VERƏCƏK."BİZƏ BELƏ DEYİLMİŞDİ".

lo metr do Franse 2017-12-07 18:01:24

Gül olub bu xalqın başına ki, onun siyasətini N.Məmmədov kimisi aparır. Sən nə vaxtdan "islam" oldun? İslama qulluq edənləri öldürən, türmələrə basan sən deyilsənmi? İndi gəlib islamdan danışırsan.Mən Asim qardaşın dedikləri ilə 100% razıyam. Allah qoysa insanların başına açdığınız bu müsübətlər tez-gec sizin özünüzün, balalarınızın başına gələcək.Allah heç kəsi cəzasız buraxmayıb,yaqin ki, sizi də buraxmayacaq.

Son yazılar