"Ermənilərin biabırçı hərəkətləri YUNESKO-da pislənildi" - Əbülfəs Qarayev

"Ermənilərin YUNESKO-da irəli sürdüyü təkliflərin böyük əksəriyyəti dəf olundu, onların biabırçı hərəkətləri pislənildi".

APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dolma hazırlama və paylaşma ənənəsinin və kamança hazırlanması və ifaçılıq sənətinin YUNESKO-nun Qeyri-maddi mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilməsini şərh edərkən deyib. Nazir qeyd edib ki, regionda bir-birinə bağlı məsələlər çoxdur:

""Köçəri" rəqsi məsələsi ilə bağlı demək istərdim ki, türk dilində olan “köçəri” sözü bir yerdən başqa yerə köçmək mənasındadır. Biz növbəti toplantı üçün Azərbaycan xalqına və bütün bölgəyə aid olan rəqslərin faylını təqdim etmişik. Düşünürəm ki, bu da uğurla nəticələnəcək. Görün, nə qədər gözəl silsilə əmələ gəlir: muğam, tar və kamança YUNESKO-nun siyahısında daxil edilib. Bütün bunlara görə ölkəmizin birinci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkürümüzü bildirməliyik. Çünki Mehriban xanımın YUNESKO səviyyəsində gördüyü böyük işlər göz qabağındadır".

635x100

Şərhlər

t.ədalət 2017-12-07 21:52:08

Belə məsələlərin ardınca düşməyə dəyməz.Zaman keçəcək,ermənilər özü körəcək ki,bu musiqilər onlara məxsus deyil.Nə olsun ki,akademik Yaqub Mahmudov da deyir ki,"Sarı gəlin" türküsündəki "sarı gəlin" yunan qızıdır.Gənclər və İdman Nazirliyi də işini-gücünü bir qırağa atıb aylarla bu məsələni təbliğ etdi.İndi durub Y.Mahmudovla dava salası deyilik ki..Hansısa musiqinin kimin olmasını aramaqdansa,bir metr Vətən torpağının azad olunması haqqında fikirləşmək lazımdır.

Son yazılar