Qəzza zolağından İsrailə iki raket atılıb

Cümə axşamı Qəzza zolağından İsrail ərazisinə raket zərbəsi endirilib.

“Report” TASS-a istinadən xəbər verir ki, dağıntı və tələfat barədə məlumat yoxdur.

KİV-in məlumatına görə, raket zərbəsinə Fələstin anklavı yaxınlığında yerləşən bir neçə yaşayış məntəqəsi məruz qalıb.

Öz növbəsində, İsrailin müdafiə ordusunun mətbuat xidməti atılan iki raketin ölkə ərazisinə çatmadığını bildirib. Onlar Fələstinin dənizkənarı anklavı ərazisinə düşüb.

Qarşıdurmaya ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımaq barədə qərarı səbəb olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar