Putinlə Ərdoğan Trampın qərarını pisləyiblər

CUMHURBASKANI TAYIP ERDOGAN, PUTINLE TELEFON KONUSMASI YAPTI«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, Rusiya Federasiyasını (RF) Prezidenti Vladimir Putin və Türkiyə Cümhuriyyətinin (TC) Prezidenti Rəcəb Tayyip Ərdoğan cümə axşamı telefon danışığı zamanı Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın Yerusəlim (Qüds) şəhərinin İsrailin paytaxtı kimi tanıması barədə qərarından ciddi narahatlıq keçirdiklərini dilə gətiriblər.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

«ABŞ Prezidentinin bu qəraından hər iki tərəf ciddi narahatlıq hissləri keçirdiyi ifadə edib. Belə addımlar Yaxn Şərq sülh prosesinin perspektivləri üzərindən xətt çəkə bilər» - xəbərdə deyilir.

Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığının gedişində Ərdoğan, dekabrın 13-də İstanbul şəhərində İslam Əməkdaşlıq Təşkilatının Yerusəlim ətrafındakı situasiyaya həsr olunmuş fövqəladə sammitinin keçiriləcəyi barədə həmkarı Putini məlumatlandırıb.

635x100

Şərhlər

Memmed 2017-12-07 23:15:09

Men trampın qerarnı alqışlayıram a yaramax putin sen krım donbas asetya abxazya qarabaxı qaytar onda trabp eminde qetsü qaytaracaq oynu sen pozdun ay eclag putin

Son yazılar