Poroşenko biznesmenin əlindən şirniyyat fabrikini necə alıb...

Dünya KİV-nin yaydığı məlumatlara görə, postsovet dövründə Ukraynada korrupsiya və digər kriminal geniş vüsət alaraq, dövlət səviyyəsində bir çalışmaya çevrilib. İndi Saakaşvilinin başçılıq etdiyi etiraz hərəkatını doğuran başlıca səbəb də budur - onun istefası da dövlət səviyyəli kriminal çalışmaların doğurduğu nəticədir. Fəqət, ümumi sözlərlə Ukraynanı sarmış kriminalın dəqiq sərhədlərini cızmaq mümkün olmadığından, Prezident səviyyəli kriminal çalışmadan bəhs edən bu materialın köməyi ilə ölkədə bərqərar olmuş gerçək mənzərənin sərhədlərini oxucuların müzakirəsinə təqdim etmək qərarına gəldik...

İş o yerə çatıb ki, ukraynalı iş adamı İqor Boyko Prezident Pyotr Poroşenkonu özünün Jitomirdəki şirniyyat fabrikini reyder üsulu ilə ələ keçirməkdə günahlandırır və ölkə hakimiyyətindən əmlakını geri qaytarmağı tələb edir.

Cibində Rusiya və ABŞ vətəndaşı pasportlarını gəzdirən iş adamı Beynəlxaq arbitraj məhkəməsində Ukraynaya qarşı 100 milyon dollarlıq iddia qaldırıb. Boykonun sözlərinə görə, onun fabrikinə olan hücumların arxasında şəxsən Ukrayna Prezidenti Pyotr Poroşenko dayanır. Guya dövlət başçısının gözü çoxdan onun fabrikinə düşübmüş, çünki fabrik, əsası Poroşenko tərəfindən qoyulmuş «Rochen» korporasiyasının əsas rəqiblərindən biri olub.

Reyder hücumları, məhkəmələr, axtarışlar və cinayət mahiyyətli təqiblər... son illər İqor Boykonun həyatı belə təsir bağışlayır. Hələ noyabrın 8-də güc strukturu əməkdaşları onun Kiyevdəki mənzilində axtarış aparıblar. Elə həmin gün ona qarşı 400 milyon qriven məbləğində mənimsəmə üzrə ittiham irəli sürülüb. Məhkəmə onu girov qarşılığında azadlıqda saxlayıb.

Bir təsadüfdür, yoxsa yox, bu ittiham ona qarşı məhz Beynəlxalq məhkəməyə müraciət etdikdən sonra - noyabrın 1-də irəli sürülüb...

Jitomir şirniyyat fabrikinin reyder yolu ilə ələ keçirilməsinin tarixçəsi hələ 2015-ci ildə başlanıb. O zaman Poroşenko hələ də «Rochen»i idarə edirdi. Həmin dövrdə Boykonun fabriki şirniyyat məhsulları istehsalı üzrə illik dövriyyəsi 100 milyon dollar təşkil etməklə, Ukraynada liderlərdən biri olb. Fabrikə böyük qüvvə, vaxt və pul vəsaiti qoyulub. Müəssisənin məhv edilməsi anına, onun məhsulları dünyanın 37 ölkəsinə ixrac edilib, «Rochen»in ixrac ünvanı isə 28 ölkədən ibarət olub. Həmin dövrdə Boykonun fabriki şirniyyat məhsullarının istehsalı həcminə görə, Ukraynada 3-cü yeri tutub.

Bu barədə Boyko özü danışır: «2016-cı ilin yanvarında biz, bazara yeni məhsul çıxarmalı idik - bu barədə hamı bilirdi. Ancaq müəssisəyə olan reyder hücumu planlarımızı pozdu. Yeni məhsulun buraxılışından bir neçə gün əvvəl bıçaqla, dəyənəklə, işıq-səsli qumbaralarla, hətta odlu silahla silahlanmış 500 nəfərə qədər adam fabrikin həyətinə soxularaq, kollektivdən ərazini tərk etməyi tələb etdi. Polis xüsusi təyinatlıları fabrikə gəldi, amma nədənsə situasiyaya müdaxilə etmədi. O vaxt mən Jitomir vilayəti polisinin başçısı Valeri Rudıkla danışdım. O, mənə bildirdi ki, onun əlində Ukrayna daxili işlər naziri Arsen Avakovun silahlı şəxslərə mane olmamaq barədə əmri var...».

Bir neçə gündən sonra, kollektivin əsasən qadınlardan ibarət üzvləri özləri müstəqil şəkildə reyderləri ərazidən qovub çıxardıblar. Amma onların bu sevinci uzun sürməyib. Yanvarın 5-də fabriki təkrar «işğal ediblər» - bu dəfə pois xüsusi təyinatlıları!

Boyko bunu belə xatırlayır: «Ukrayna Milli qvardiyasının 400 döyüşçüsü iki zirehli texnikanın köməyi ilə fabriki tam nəzarət altına aldı. O vaxt Rudık mənə qarşı ultimatum irəli sürdü - fəhlələri ərazidən çıxartmaq üçün mənə yarım saat vaxt verilirdi. Bildirilirdi ki, əks-təqdirdə qvardiyaçılar fəhlələri döyməyə, öldürməyə başlayacalar. Məni isə dava təşkil etdiyimə görə məsuliyyətə cəlb edəcəyini deyirdi. Nəticədə, mən işçiləri topladım, situasiyanı izah etdim və onlar sakitcə fabrikin ərazisini tərk etdilər...».

Dörd aydan sonra, 19 may 2016-cı ildə Boyko fabrikin ona məxsus olması barədə məhkəmə qərarı əlində olmaqla, kollektivlə birlikdə müəssisənin ərazisinə daxil olub - bütün reyderlər isə qaçıb. Az sonra 300 polis fakrikə hücum çəkib və işçiləri döyməyə başlayıb...

Boyko xatırlayır: «Nəticədə, mən məcbur olub bütün işçiləri ərazidən çıxartdım və bildirdim ki, bu gündən biz, müəssisənin ərazisinə daxil olmaq cəhdlərini dayandırıb, həqiqəti beynəlxalq məhkəmələrdə axtaracağıq...»

Boykonun sözlərinə görə, hazırda Jitomir şirniyyat fabriki faktiki olaraq, fəaliyyət göstərmir. Onun bazardakı «yeri»ni işğaldan qabaq yalnız Jitomir şirniyyat fabrikinin istehsal etdiyi məhsulların istehsalına başlayan «Rochen» tutub. Fabrikin özü isə polisin mühafizəsi və Ali Radanın deputatı Sergey Paşinskinin və onun həmkarı Sergey Tişenkonun adamlarının nəzarəti altındadır.

Boyko şübhə etmir ki, onun biznesinin ələ keçirilməsi əməliyyatının arxasıda Ukraynanın Prezidenti Pyotr Poroşenko dayanır: «Bir neçə dəfə mənimlə əlaqə saxlayaraq (konkret olaraq, Jitomir vilayətinin o vaxtkı qubernatoru Sidor Kizin, Ali Radanın deputatı Sergey Paşinskinin həmkarı Sergey Tişenko və hansısa hüquqşünaslar Prezident Pyotr Poroşenkonun administrasiyasının adından çıxış etdiklərini deyirdilər), fabriki «Rochen»nin tabeliyinə keçirməyi tələb ediblər».

İş adamı hesab edir ki, barəsində cinayət işi açmaqla, Kiyev hakimiyyəti onu qorxutmağa çalışıb. Amma indi onun itirəcəyi heç nəyi qalmayıb və o, axıra qədər getmək əzmindədir. «Onlar heç nəyə nail ola bilməyəcəklər - həqiqət mənim tərəfimdədir. Bu yaramazların özlərini məhkəmə qarşısına çıxarmayana qədər heç yerə qaçan deyiləm. Öz vətəndaşlarını öldürməyə qadir olan şəxslər indi Ukraynada biznesi də məhv edirlər. Ümidliyəm ki, onları Haaqa gözləyir» - deyə, Boyko ümidli olduğunu bildirir.

Bax, belə... Göründüyü kimi, Mixail Saakaşvili 1000 dəfə haqlıdır...

Mirzə AĞ

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar