Kriştiano Ronaldo beşinci dəfə "Qızıl top"un sahibi olub

Fransanın "France Football" jurnalı 2017-ci ilin yekununa görə "Qızıl top"un sahibi elan edib.

“Report” xəbər verir ki, ilin ən yaxşı futbolçusu mükafatı "Real" klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldoya nəsib olub.

O, "Qızıl top" uğrunda mübarizədə Lionel Messi ("Barselona") və Neymarı (PSJ) qabaqlayıb.

Ronaldo "Qızıl topu" karyerası ərzində beşinci dəfə qazanıb (2008, 2013, 2014 və 2016-cı illərdə) və onların sayına görə Messiyə çatıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar