Bakıda gənc qız özünü binanın 10-cu mərtəbəsindən yerə atıb

Dərc olunub: 08/12/2017 - 09:34

3e0f1279-0fc5-45d1-a720-8cada8731954_292Bakının Yasamal rayonunda intihar hadisəsi qeydə alınıb.
“Report” xəbər verir ki, 24 yaşlı qız (ad-soyad hələlik məlum deyil) metronun Elmlər Akademiyası stansiyası yaxınlığında yerləşən hündürmərtəbəli yeni tikilinin 10-cu mərtəbəsindən özünü yerə atıb.

Gənc qız hadisə yerində ölüb. Əraziyə Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis bölməsinin əməkdaşları cəlb edilib.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.










loading...


Fikrinizi bildirin