Dövlət İdarəsinin xidməti avtomobillərdən istifadəsinə xitam verildi

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İcərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin xidməti avtomobillərdən (3 ədəd) istifadəsinə xitam verilib.

“Report” xəbər verir ki, bu barədə Baş nazir Artur Rasi-zadə tərəfindən imzalanan qərarda bildirilir.

Bu addım dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi məqsədi ilə atılıb.

Qərara görə, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidmətləri, hüquq mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi (limiti)”nin 51-ci hissəsi ləğv edilib.

635x100

Şərhlər

Samir 2017-12-08 10:08:43

Məqalədən görünür ki, Respublika NK-i yanında “İcərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin xidməti avtomobillərdən istifadəsinə xitam verilib.Çox gözəl işdir. Gərək başqa təşkilatlara da tətbiq edilsin. Məsələn şəhər və rayonlardakı prokurorlar xidməti maşınları gündəlik öz istirahətləri və gözəl gəzintiləri üçün istifadə edirlər. Daha adama nə lazımdır. Sürücüsü havayı içində, yanacağı, təmiri də dövlət hesabına.Prokuror da gündəlik pulunu yığıb kef edir. Buna da prokuror içində xitam verilməlidir.

Son yazılar