"HAQQIMDA YAZILANLAR CƏFƏNGİYYATDIR - Kəmaləddin Heydərov

Prezident İlham Əliyevin 5 dekabr tarixli sərəncamı ilə tutduğu vəzifədən azad olunan Vergilər naziri Fazil Məmmədovun "vurulmasının" səbəbləri haqda müzakirələr davam edir. Aparıcı fikir bundan ibarətdir ki, F.Məmmədov səhhətinə görə vəzifəsindən kənarlaşdırılıb.

Bununla belə, F.Məmmədovla FHN başçısı Kəmaləddin Heydərovun münasibətlərinin son illər kəskinləşdiyi xatırladılaraq, onun hakim komandadan uzaqlaşdırılmasında bu faktorun da müəyyən qədər rol oynaya biləcəyi haqda versiyalar irəli sürülür.

Kəmaləddin Heydərov Unikal.org saytına açıqlamasında bu haqda yazılanlara belə münasibət bildirib:

"Haqqımda yazılanlar cəfəngiyyatdır və heç bir əsası yoxdur. Kim nə istəyirsə, qoy yazsın. Əsassız fikirlərə şərh verməyə vaxtım yoxdur. Sağ olun!”.

635x100

Şərhlər

Abit 2017-12-08 15:47:25

Ay gözel insan xalq ağı qaradan seçir.Allah seni qorusun.Teki bütün rehberler Sizin kimi işçilerinin qayğısına qalaydı.

Cəmşid Dərələyəzli 2017-12-08 15:47:25

Kamaləddin bəy, nə yazıq ki, bizim ölkədə sonradan olacaqlar, öncə bazarlara sızdırılır və sonra gerçək olur.

muzaffar 2017-12-08 15:47:25

Bəstəkar hələm-hələm jurnalist yazılarına reaksiya vermirdi. Deyəsən nə isə dəyişib. Görəsən bu məmur nə vaxt gedəcək.

G.M 2017-12-08 15:47:25

Kamal məllim,Yamanca qocalmısan sən.Sələflərindən fərqli olaraq,Hüseyin Abdullayevlə birgə vaxtiylə olan müsuqi yaradıcılığınız FH Nazirliyindəki fəailiyyətinizdən daha önəmlidir.Dünyanın malı Dünyada qalır.Siz ritim tutmağı bacaran İnsansınız.Bəziləri kimi ``xaric oxumursunuz``.Ona görə də jurnalist uydurmalarını boş verin.

aysberq 2017-12-08 15:47:25

Arkadaşlar, elə yazırsınız ki, guya bura əsl cənnətdir və yaşam tərzinə görə də hətta Norveçi də vurub keçmişik!! Bura azərbaycandır! Rusayidan sonra ikinci mafioz ölkə, hansı ki, "Komissar Kataninin" mübarizə apardığı mafiya bunların yanında multikdir!! Ona görə də çox tərifləməyin, o böyüdücünü götürün üstündən!! Bu qədər "lapşa" asmaq lazım deyildir.

Son yazılar