YENİ TƏHSİL NAZİRİ TƏYİN OLUNUBMU? - Müəmma

Prezident İlham Əliyev Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusif Məmmədəliyevin Azərbaycan Respublikasının Təhsil naziri vəzifəsinə təyin olunması haqqında Sərəncam imzalayıb. Bu barədə hökumətə yaxın "Movqe.az" saytı məlumat yayıb, lakin təxminən 1 saatdan sonra da məlumatı silib. Sayt bununla bağlı heç bir izahat verməyib.  

"Movqe.az"a istinadla xəbəri tirajlamış digər saytlar da nazir təyinatı haqda xəbəri siliblər. Dəqiqələr ərzində ölkənin aparıcı onlayn media resursları ilkin mənbəyə istinadla, xəbəri tirajlayıblar, yüzminlərlə vətəndaş yeni təyinatla bağlı məlumatdan xəbərdar olub. Lakin eyni sürətlə də xəbərlər yığışdırılıb və bu zaman heç bir dəqiqləşdirmə, aydınlaşdırma aparılmayıb. Nə baş verdiyini aydınlaşdırmaq çətindir. Lakin çox böyük ehtimalla, bu xəbər tam əsassız deyil. İstisna deyil ki, məlumat vaxtından əvvəl - qəti qərar verilməmiş mediaya sızıb. O da istisna deyil ki, Yusif Məmmədəliyevin təyinatı ilə bağlı xəbər Təhsil Nazirliyi uğrunda hakimiyyətdaxili qruplaşmaların mübarizəsinin bir təzahürü kimi meydana çıxıb və hansısa konkret məqsədə xidmət edib.

YUSİF MƏMMƏDƏLİYEV KİMDİR?

Yusif Məmmədəliyev 1995-ci ildə Səbail rayon 134 nömrəli orta məktəbini bitirdikdən sonra Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun Dövlət və Bələdiyyə İdarəetməsi fakültəsinə qəbul olunub. 1999-cu ildə qeyd olunan institutda bakalavr dərəcəsini aldıqdan sonra Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsilini davam etdirib. 2001-ci ildə Akademiyanın İnzibati İdarəetmə fakültəsini Dövlət və bələdiyyə idarəetmə ixtisası üzrə fərqlənmə diplomu ilə bitirərək magistr dərəcəsini alıb.

1997-ci ildə 18 yaşlı Y.Məmmədəliyev Xarici İşlər Nazirliyində diplomatik karyerasına başlayıb, 1997-2002-ci illər ərzində nazirliyin Beynəlxalq Təşkilatlar İdarəsində referent və attaşe vəzifələrində çalışıb.

2002-2005-ci illərdə Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyində attaşe kimi fəaliyyət göstərib.

2003-cü ildə Azərbaycan Respublikası Prezident seçkilərində Leyla Əliyevanın rəhbərliyi ilə “İlhamla İrəli” şüarı altında gənclərin təşəbbüs qrupunun tərkibində İlham Əliyevin seçkiqabağı kampaniyasında iştirak edib.

2005-2009-cu illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Təhlükəsizlik Problemləri İdarəsində ikinci və daha sonra birinci katib vəzifələrində çalışıb.

2009-2011-ci illərdə Madrid şəhərində Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyində birinci katib və müşavir vəzifələrində fəaliyyət göstərib.

2011-2013-cü illərdə ABŞ-ın Nyu-York şəhərində yerləşən Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyində müşavir və daha sonra Daimi Nümayəndənin müavini vəzifələrində çalışıb. 2011-ci il 14 noyabr tarixində Azərbaycanın 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi prosesində fəaliyyətinə görə birinci dərəcəli birinci katib diplomatik rütbəsini alıb.

2013-cü il 1 may - 30 dekabr tarixlərində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində idarə rəisi vəzifəsində çalışıb, ona birinci dərəcəli müşavir diplomatik rütbəsi verilib.

2014-cü il yanvar ayından etibarən Heydər Əliyev Fondunda ekspert qismində və İDEA İctimai Birliyinin icraçı direktoru vəzifələrində iş fəaliyyətini davam etdirib.

2017-ci il 1 iyun tarixində Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri təyin edilib.

Y.Məmmədəliyev akademik Yusif Məmmədəliyevin nəvəsidir.

635x100

Şərhlər

ayrım-a 2017-12-08 19:18:06

Yolun sonuna doğru.Görmeyirsən nələr ba verir? Təhsili bərbad edən indi büdcəni bərbad edəcək.Azərbaycanda kadr tapılsaydı heç olmasa bir nazir öz ixtisası və iş təcrübəsinə görə təyin edilərdi də! Görmürsən ki, kimləri hara soxuşdururlar və niyə?

NURəddin 2017-12-08 19:18:06

ALLAH XALQIMIZI MƏMMƏDƏLİYEVLƏRİN PƏNCƏSİNDƏN QURTARSIN.HARA GEDİRSƏN BUNLAR QARŞINA ÇIXIR.HANSI QAPINI DÖYÜRSƏN ORDA BUNLARDAN MÜTLƏQ 5-6-sı VAR.TAXÇADA BUNLAR,BAXÇADA BUNLAR,XARİCDƏ BUNLAR,DAXİLDƏ BUNLAR.ƏN YAXŞI VƏZİFƏLƏR BUNLARA BAĞIŞLANIB.GUYA BUNLARDAN SAVAYI ÖLKƏDƏ SAVADLI,LƏYAQƏTLİ ADAM YOXDUR.SİZ 1 MƏSƏLƏYƏ FİKİR VERİN.ADAM 10-CU SİNFİ QURTARAR-QURTARMAZ XİN KİMİ RƏSMİ BİR DÖVLƏT ORQANINA İŞƏ GÖTÜRÜLÜR.İSTEDADIN ŞİDDƏTİNƏ BAX.SƏN İDARƏETMƏNİ BİTİRMİSƏN GET ÖZ İDARƏNƏ.SƏN NƏ BİLİRSƏN TƏHSİL NƏDİR?

S.Holms 2017-12-08 19:18:06

Niye hamiya rehber oz ixtisasina uyqun kadr gonderilir, muellimlere ise kim geldi gonderilir. Ders ve mektebin neden ibaret olduqunu bilmeyen insan tehsile nece rehberlik ede biler?! Onsuz da kecmis nazir mekteblerin belin sindirmisdi. Indi gelen memur ise .......... ne edecek, yeqin hec ozu de bilmir. Eger dava Tehsile ayrilan 2 milyard pul usundedise --- Istemirik. Qoy tehsil bundan da pis gune qalmasin. Yaziqdi bu millet, bu milletin balalari. Bunu Tarix sizlere baqislamaz!!!

oxucu 2017-12-08 19:18:06

Daha bir hərbi xidmət keçməmiş nazir oldu.Bəlkə əlillik dərəcəsi var.

ceyhun 2017-12-08 19:18:06

qalmishiq ishsiz

Çəbiş müəllim 2017-12-08 19:18:06

Yusuf Məmmədəliyev azərbaycanlıdır. Bilməlidir ki, Azərbaycan kişisi atasının soyadını daşıyar, daha anasının yox. Anasının soyadını daşımaq yəhudilərin ənənəsidir. Bəlkə bunlar da yəhudiliyi qəbul edənlərdəndir... Ümumiyyətlə, nə bundan, nə də təhsil işçiləri arasında çox mənfi ad çıxarmış Təhsil Naz. işçilərindən nazir olmaz. Belə də kadr siyasəti apararlar? Kimin ağlına nə gəlir, onu da eləyir. İndiyə qədər qoyulan kadrlar büdcəni taladılar, indi də qoyulanlar bundan sonra...

ceyhun 2017-12-08 19:18:06

bes biz kime ne etmishik ?

Təmiz Azərbaycanlı 2017-12-08 19:18:06

Ölkələrində fəaliyyət göstərən səfirliklərimizdə hətta qanuni əlillərdə işləyir hansılar ki,heç voyenkomatın qapısını tanımır.Bu necə olur?Seçim imkanlı papanın göstərişi ilə yox DTX-nin ciddi yoxlaması ilə olmalıdı ancaq təəsüf ki,bu belə deyil.Əvvəl məsələ həllini tapır,yalnız sonra vətəndaş yoxlanılır.Səfirlərimizdə var hüququ bitirib lakin xidmət etməyib.Bu hansı qanuna söykənir.Belə XİN-lə Azərb.xalqı Qarabagı azad etmək istəyir?Xidmətdə olmayan,orta məktəb oxumayan vətənini,xalqını düşünəcək?Heç vaxt!

Təmiz Azərbaycanlı 2017-12-08 19:18:06

Bir oxucu ən vacib məsələyə toxunub-xidmətdə olmaq məsələsi!Bu həqiqətəndə fəlakətdi.H/x keçməyən,Azərb.təmsil edir hələ bu harasıdı.XİN-də 2005-2006 illərdən sonra əsasən biznesmen ailələrin yəni imkanlı papaların gül balaları götürülüb.Nədənsə həmin balaları tanıyanlar söyləyir ki,bu uşaqların bəziləri orta məktəbdə heç tarixi normal bilmirdilər bəs onda necə olur həmin övladların hamısı hüququ,beynalxalq əlaqələri və s. kimi YÜKSƏK bal tələb olunan fakultələri bitiriblər?Amerika və Afrika ölkələrində

Kamil 2017-12-08 19:18:06

Bu adam niyə hərbi xidmətdə olmayıb? Əgər hərbi xidmətə yararsızdırsa,onda belə " kadr" məsul vəzifələrin öhdəsindən necə gələ bilər? Bəs onun valideyinləri barədə məlumat niyə verilmir? Əvvələr nazir təyin ediləndə onların tərcümeyi-halı mətbuatda işıqlandırılardı ki, millət kimin təyin olunduğunu tam bilsin.İndi isə Milkayıl kimi...

Cəlal 2017-12-08 19:18:06

1999-cu ildə institutu bitirib bakalavr dərəcəsi alan adam 1997-ci ildə Xarici işlər nazirliyində necə diplomalik fəaliyyətə başlaya bilir?BElə tərcümeyi hal olur? Axı Xarici işlər nazirliyində hətta uyğun ixtisasa malik ali təhsillilər tanışlıq və ya göstəriş olmadan işə götürülmür.BU necə olur ki, 18 yaşlı gənc Xin-də diplomatik fəaliyyətə başlayır? Yenə kadr sevimi?

Müfıttiş 2017-12-08 19:18:06

Bu hökumətə daşdan pul çıxardan kadrlar lazımdir ....

seymur 2017-12-08 19:18:06

kim olur olsun mikayildan yaxshi olar

Müəllim 2017-12-08 19:18:06

Rusun bir gözəl misalı var*"menyat şilo na mılo". Mikayıl, nə də yeni kadr təhsildən uzaq adamlardır.Təhsil naziri təhsil suistemində uzun ilər işləyən,özünü bacarıqlı,təfəkkürlü göstərən təcerübəli müəllimlərdən təyin olunmalıdır.Uşaq-muşağı gətirib təhsili kor etmək yetər!

ARİF 2017-12-08 19:18:06

MƏNƏ ELƏ GƏLİR Kİ,TƏHSİL EKSPERTLƏRİNDƏN BİRİ TƏHSİL MAZİRİ OLSA DAHA YAXŞI OLAR. YA DA TƏHSİL NAZİRİ MİLLİ MƏCLİSDƏ SEÇİLSİN.

ayrim 2017-12-08 19:18:06

Ayə, ayə haraya gedersin ayə. Anan bilermi haraya gedersin ayə? Ayə Siyavus Novruzovun Təhsil nazirliyinə namizədliyindən niye danismeriz ayə? Bəs bul- bul kimi oteə Zahid Oruc bizim hansi gunumuzə, haramiza gərək olacaq ki, bu gun onun adini nazir siyahisina salmersiz ayə? Ayə haraya gederik Ayə,haraya? Bəxtiyar qaxa demisken, itə ot vererlər ata ət Allah, gorən haraya gedir bu millət Allah? Haraya gedirk Ayə?...

Qivami 2017-12-08 19:18:06

Yusif Memmedeliyevin babasini qeyd edirsiz, anasini yox. Anasi da medeniyyet nazirinin muavinidir. Yani o Sevda Memmedeliyevanin ogludur.

Mamed 2017-12-08 19:18:06

O R D U B A D A

Abit 2017-12-08 19:18:06

Allah sen saxla.Hara gedirik?

Qarabaglı 2017-12-08 19:18:06

Xalq kasıb balalarnı vezifede görmek isteyir. Memur nazir deputad evlatlarnı vezifede görmek istemirem ele xalqda besdir olar atalarınla beraber xalqın qanını pulunu soyur esasda polisle icra hakimyetleri

Fəradi 2017-12-08 19:18:06

Kimsə deyə bilər belə hal qardaş Türkiyədə baş verə bilərmi? Bu yaxınlarda cənab Ərdoğanın hərbi xidmətdə olan şəkilləri yayılmışdır... Niyə təhsil sistemində işləyən, həqiqi hərbi xidmət keçmiş birisi Təhsil naziri olmasın?

Məntiqsevər 2017-12-08 19:18:06

Təklif edirəm: Faiq Ağayev AMEA-nın prezidenti təyin edilsin, Aygün Kazımova isə Müdafiə naziri olsun! Şounu və idmanlaşmanı geniş yaymaq lazımdır. Biz Qarabağı yalnız bu yolla qaytara bilərik.

Eliyar 2017-12-08 19:18:06

Tehsil naziri boyuk ehtimalla ele ceyhun bayramov olacaq.cunki her klanin oz kurasiyasi var tehsili sehiyyeni diger klana vermezler herhalda

Amon 2017-12-08 19:18:06

Yeni tehsil naziri ARAZ ELIZADE olsun cox gozel danisiq qabilliyeti var hemde idareetme bacarigi ve nufuzu var.o olsa tehsilimizin keyfiyyeti artar seffafliq olar.bu menim axsam gorduyum en pis yuxuydu

REDAKTOR 2017-12-08 19:18:06

ÖLKƏNİN TƏHSİL NAZİRİ QƏRBİ AZƏRBAYCANLİ OLACAQ. BU CUR REAL KADRLARDAN ƏN SANSLİSİ İSƏ BAS NAZİRİN MUAVİNİ YAP İCRA KATİBİ ƏLİ ƏHMƏDOV DA OLA BİLƏR. AXİ TƏHSİL SİSDEMİ İLƏ YAPİN NƏ FƏRQİ VAR Kİ...

veteran 2017-12-08 19:18:06

Şərhinizi bura yazın...cox hormetle cenab enerjili siyasi gucu olan gozel azerbaycanimizin prezidenti ilham eliyev kimi prezidentimiz var kimi meslehet bilse tehsil nazirimiz odur Bos bos yazilar gorende adamin esebi pozulur.

Son yazılar