“MƏNİ SAYMIRDILAR...” - Arvadını və dörd qızını öldürən salyanlı qatil

Salyanda 2014-cü ilin mart ayında həyat yoldaşı Fərhad Məhərrəm oğlu Əliyev tərəfindən qətlə yetirilən 56 yaşlı Mehparə Əliyevanın və 4 qızı- 1961-ci ildə anadan olmuş İradə Əliyevanın, 1991-ci ildə anadan olmuş Ümidə Əliyevanın, 1998-ci ildə anadan olmuş Rəqibə Əliyevanın və 1987-ci ildə anadan olmuş Sevda Əliyevanın cəsədlərinin qalıqları məhkəmə-tibbi ekspertizasından keçdikdən sonra bu gün səhər saatlarında ailələrinə təhvil verilib. Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə ana və dörd övladının cəsədlərinin qalıqları bu gün Salyan şəhər qəbristanlığında dəfn olunub.

Oğlu ilə birləşərək 2014-cü ildə arvadını və dörd qızını öldürüb yaşadığı evin altında basdıran qatil istintaqa ifadəsində bu dəhşətli cinayətin motivini danışıb. “Sputnik” agentliyi Salyan hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən xəbər verir ki, qatil Fərhad Məhərrəm oğlu Əliyev dindirmə zamanı arvadını və qızlarını “onu saymadıqları üçün” öldürdüyünü deyib.

Xatırladaq ki, bu ailənin bütün yükü ananın çiyinlərində olub, o, min əzab-əziyyətlə qızlarını böyüdüb. Ata isə içki düşgünü olub, əyyaşlıqla məşğul olaraq ailəsinə baxmayıb.

“Onlar məni ailə başçısı kimi saymırdılar, hörmət etmirdilər və baxmırdılar. Bu səbəbdən öldürdüm” - qeyri-insani əməli törədən cinayətkar müstəntiqlərə bildirib. O, qətli oğlu ilə birlikdə necə törətdiklərini də danışıb. Qatil müstəntiqlərin “beş nəfəri birdən necə öldürdün?” sualına cavab olaraq deyib ki, oğlu Fəqanla birlikdə arvadını və qızlarını əvvəlcə ayrı otaqlara salıb və qapını bağlayıb, sonra öldürüb.

Qatil deyib ki, həmin gün onunla arvadı arasında mübahisə yaranmışdı, qızlar isə analarının tərəfini tuturdu.

Virtualaz.org-a o da məlum olub ki, salyanlı manyak-qatil qətliamı törətdikdən sonra arvadının ağzından qızıl dişlərini söküb. Çünki cəsədin eksqumasiyası zamanı qadının qızıl dişlərinin söküldüyü üzə çıxıb. Habelə cani qızlarından birinin qızıl boyunbağısını da meyitin üstündən götürüb, deyilənlərə görə onu hadisədən bir müddət sonra boyunbağını satarkən görüblər.

Xəbər verdiyimiz kimi cinayətkar arvadı Mehparəni, qızları Rəqibəni, Sevdanı, Ümidəni və İradəni qətlə yetirdikdən sonra onların meyitlərini evin yataq otağının altında, zirzəmidə yer qazaraq basdırıb. Həmin vaxtdan Mehparə və qızları itkin düşmüş şəxslər kimi axtarışda olublar. Lakin nəyə görəsə heç kimin ağlına gəlməyib ki, beş nəfər ailə üzvünün itkin düşməsinə görə F.Əliyevi və oğlunu dindirsin, ondan izahat alsın. Bu dəhşətli qətlin üstü isə təsadüfən Xoşqədəmin “Səni axtarıram” şousuna görə açılıb. Proqramda Mehparə və qızlarının Türkiyəyə getdiyi haqda ehtimalın müzakirəyə çıxarılmasından sonra cinayətkarlar bunu “qeyrətlərinə” sığışdırmayıblar və polisə gedib törətdikləri əməli etiraf ediblər.

Fakta görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.1. ( bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılmış , cinayəti törətməkdə şübhəli bilinən 63 yaşlı Fərhad Əliyev və cinayəti törətməkdə atasına yardım etməkdə şübhəli bilinən 28 yaşlı oğlu Fəqan Əliyev saxlanılıblar.

635x100

Şərhlər

patriot 2017-12-08 22:13:09

Eger ozleri etiraf etmeseydiler ustu yenede acilmiyacagdi..ozu cehennem,oglunuda qatil etdi..o uwagin heyati bundan sonra hecdi..oz anasinin qatili insan ola bilmez..

ədalət naminə 2017-12-08 22:13:09

Bu hadisəyə səbəb evin xanımının təkəbbürliliyi, şöhrətpərəstliyi səbəb olub. Xanım arxasında qızlarının simasında dayaq hiss edəndən sonra onlarla birləşib ailə başçısına itaətsizlik, hörmətsizlik göstərib. Bu qadınlara çox güman ki, gizlində havadar duranlar, münasibəti kəskinləşdirənlər da var idi. Günahın çox güman ki, 60 faiizi rəhmətliklərdədir.

Vətəndaş 2017-12-08 22:13:09

Bu qədər adamı neçə illərdir ki, amansızlıqla öldürüb basdırıblar, ancaq ki, nə polis və nə nə dəki prokurorluq heç bir istintaq əməliyat aparıb bu boyda ağır hadisənin üstünü açmayıblar. Bu ondan irəli gəlir ki nə polis və nə də prokurorluq yerində deyil. İslahat aparılmalıdır. Əməliyyat işləri vaxtında baş prokuraturada öyrənilməyib, ya da....

Eliyar 2017-12-08 22:13:09

Yaxsi kisi olsaydin sayardilar

Son yazılar