MÜSLÜMOV İŞSİZLİYİN SƏBƏBİNİ AÇIQLADI - "Əhalinin yalnız 32%-nin ixtisası var" + VİDEO

İşsizlik yaradan əsas səbəblərdən biri ixtisassız kadrlardır. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov belə deyib.

Bunun qarşısını almaq üçün işə qəbul zamanı peşə ixtisasını təsdiq edən sənədin tələb edilməsiylə bağlı nazirlər kabinentinə təklif göndərilib. "Azərbaycanda işçi qüvvəsinin inkişaf etdirilməsi məqsədilə peşə standartlarında istifadə olunması" konfransında çıxış edən nazir, mövcud standartların müassir əmək bazarına cavab vermədiyini qeyd edib.

"Azərbaycanda əməkqabiliyyətli əhalinin yalnız 32%-nin ixtisası var". Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov "Azərbaycanda işçi qüvvəsinin inkişaf etdirilməsi məqsədilə peşə standartlarında istifadə olunması" konfransında çıxışı zamanı bildirib.

Sahibkar qarşısında işə qəbul zamanı peşə ixtisasını təsdiqləyən sənədi istəmək tələb kimi qoyulacaq. Səlim Müslümovun sözlərinə görə işsiz və işaxtaran şəxslərin peşə ixtisas təhsilinin müasir əmək bazarının tələblərinə cavab verməməsi işsizlik probleminin səbəblərindən biridir. Artıq, hüquqi bazasının formalaşdırılması istiqamətində Təhsil Nazirliyiylə razılaşdırılmış təkliflər Nazirlər Kabinetinə təqdim edilib.

Jurnalistlərin suallarını cavablandıran nazir Səlim Müslümov, sürətlə dəyişən ­əmək bazarında yeni standartların hazırlanmasını vacib olduğunu deyib.

Bununla bağlı aparılan manitorinqin nəticələri də göstərir ki, prosesin sürətləndirilməsinə ehtiyac var.

Konfransda avropa ittifaqının əməliyyat departamentinin rəhbəri Yeron Villems, ayrı-ayrı hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri, yerli və xarici ekspertlər iştirak edib.

Xezerxeber.az

635x100

Şərhlər

bisavad 2017-12-08 22:23:58

Cənab Nazir, hamı televiziyaya baxmaqdan artıq bütün müğənnilərin ("məşhurların") tərcümeyi halını əzbər bilir.Reklamlar da öz yerində. Ancaq bir dəfə iş reklamı olmur ki, millət bilsin ki, hansı peşələrə ehtiyac var. Əgər belə etsəniz 3ay müddətinə hamı hansı peşələrə ehtiyac olduğunu bilər

ALLAHın mömün bəndəsi 2017-12-08 22:23:58

Çox hörmətli Səlim müəllim, Sizə böyük hörmətim var.Gəlin real danışaq. Son yaş həddi 65 oldu.Sizin fikrinizcə =əhalinin yalniz 32%-nin ixtisası var=Axı bu doğru fikir deyil.bizdə elə savadlı,qabiliyyətli,bacarıqlı ali,ota texniki mütəxəsislər var ki,sayı hesabı bilinmir.Ancaq gə baxın görüm onları hansısa dövlət,qeyri dövlət müəssisələrinə,fabrik və zavodlarına işə qəbul edən varmi?əsla yox! Hansi quruma üz tutursa dərhal yaşı sorusur.Vay o günə ki,yaşın 45-i keçə.Bax onda ailən,baların qalır ac.

ALLAHın mömün bəndəsi 2017-12-08 22:23:58

Hörmətli Səlim müəllim bilirsiniz niyə görə işsizlik baş alıb gedir?Ona görə ki,istər dövlət,istərsə də qeyri dövlət müəssisələrində işləyən əməkdasşarın çoxunun yaş həddi 68-76 arasıdır.Kimsə kiminsə adamıdır. Mən belə başa düşürəm ki,Cənab prezidentimizin imzaladığı qanun və sərəncamlarına vaxtlı vaxtında bəzi rəhbərlər tərəfindən icra olunsa hər şey əla olar.

Fizuli 2017-12-08 22:23:58

Insani hisslerden en uzaq memurlar xeste elil kasib zelil insanlari yuz behane ile soyurlar.Xeste son derece kasib adamlardan min behane ile aldiqlari ruwvete bahali imaretler tikdirib guya yawayirlar.Allah sizi de xalqin xestesine eliline verdiyiniz qeder pulun umudine qoysun ki,bilesiz ki bu xalqin bawina ne oyun acirsiz yalan daniwa daniwa insanda vicdan yaxwi weydir olsa.Son donuw ALLAHADIR ve haqq hesabi edaletle cekecekdir INWALLAH

İşsiz müəllim 2017-12-08 22:23:58

Bu adam başa düçşə bilirmi ki,Azərbaycanda yaradılan iş yerləri ( yol, polis,bazar,mağaza işçiləri ) xüsusi savad tələb etmir.Əhalinin universite,diplomlu gəncləri üçün isə iş yerləri yox dərəcəsindədir.Çünki belə yerlərə yüksək vəzifədə olan məmurların evladlarıvə rüşvətlə işə götürülənlərdir.Əsas əhali isə işsiz qalır.Müslümov hesablasın görək hər il universitetləri bitirən nə qədər gənc ixtisasına görə işlə təmin olunur?Bəs yerdə qalan minlərlə gənc nə etməlidir?Hakimiyyətdə olanlar bunu düşünürlərmi?

Mirzə AĞ 2017-12-08 22:23:58

Bu villabaz nazirxəsiyyət demək istəyir ki, ölkədə hamı pirəfesdir olmasa işsizlik aradan qalxmayacaq...

G.M 2017-12-08 22:23:58

S.Müslümov öz çıxışına qulaq assa,qulağı kar olar...danışdıqlarını başa düşsə özü istefaya gedməsə ,deməli doğrudan da bu adamın problemi var.

Əziz oxucular! 2017-12-08 22:23:58

Bismillahir-Rəhmanir-Rəhim Hörmətli nazir deyir ki,"Sahibkar qarşısında işə qəbul zamanı peşə ixtisasını təsdiqləyən sənədi istəmək tələb kimi qoyulacaq".Bu nədir?1-ci Sahibkarın işinə qarışmaq; 2-ci dediyini qanunlaşdırmaqla yoxlmanın bəndlərini artırmaq- nələr-nələr!!! Əzizlərim! Şəkidən yazan düz deyirsə vallah-billah hər şey aydındır.Belə bir nazir haqqında nə demək olar... Əzız oxucular bu nazirliyə Şikayətnamə yazdım və nə istədim? Pensiyamın cəmi necə hesablanıb?Yəni muhasibətdə hazır olan məlumatı.Bu məlumatı 7 ay müddətində e-poçtla göndərmədilər.Halbuki bir anda e-poçtla ötürmək olardır.Niyə bunu etmədilər? Buda vəziyyətin necə acınacaqlı olmasını əyani göstərmirmi?Bu Nazirlikdə kargüzarlıq,süründürməçilik və lütfikarlıq sahəsində nələr baş verir? Son 5 məktubda yazdım ki,Prezidentə yazacam.Buda onlara təsir etmədi...

pıs-pısa 2017-12-08 22:23:58

İşsiz vətəndaşlar ona görə işsizdirlər ki, onlar azərbaycanlıdırlar! Ən nəhayət də ki, o böyük maxovikin ən kiçik vinti olan cənab Müslümovlar iş yerlərini gedib Çində və Dubayda, ən zəifləri isə Gürcüstanda açıblar! Rəhmətlik ulu öndər demişkən mənim xalqım dözümlü xalqdır!

Bəhram Cəfər 2017-12-08 22:23:58

Başsız Kreml SSRİ ilə sosializmi də dağıtdı. İndi Bazar qanunundan kənar hər islahat yersizdir! 32% ixtisassız ola bilməz. Orta və Ali təhsili dövlət verir. Peşəni sifarişçi öyrətməlidir. SMN isə işçinin və digər vətəndaşın müdafiəçisidir. Onların Attestasiyası(Serti) ixtisaslı sahə komissiyasına aiddir. Peşə təcrübəsi ən çoxu iki həftədir. İşə götürənin ixtisas çatışmazlığını-formalizmə görə illərlə göyün 20-ci qatında çalışanların üzərinə atmaq ən azı insafsızlıqdır.

Şəkidən 2017-12-08 22:23:58

Hörmətli cənab Nazir,işləyənlərin əksəriyyəti təhsilsiz adamlardır.Təhsillilər qalıb kənarda,təhsilsizlər vəzifədə işləyirlər.Bunlarında səbəbkarları yerli Məşğulluq İdarələrinin müdirləridir.Müdirlərinin çoxu öz ixtisasları üzrə işləmirlər. Məsələn, Şəki Məşğulluq İdarəsinin müdiri Elçin,ixtisası İdman müəllimidir.O gənc yaşlarında öz ixtisası üzrə məktəbdə dərs deyə bilməyən bir şəxs,o idarəni necə idarə edə bilər? Elçin kimi kadrlar çoxdan vəzifəsi ilə vidalaşmalı idilər.........(?)

miri 2017-12-08 22:23:58

İndi əmək bazari(iş yerləri) yoxa bərabərdir.Azərbaycan iqtisadiyyatı texnoloji cəhətdən coxda müasir avadanlıqlarla təhciz olunmayib.Olan iş yerləridə "mövcud bazar" ın(xarici şirkətlərdən başqa) tələblırinə görə cox üstünlüklər tələb etmir.Bütün bunlarla bərabər işsiz təhsilli gəncləri əksəriyyəti yüksək ( ya reytinqli Azərbaycan univirsitetləri,yada Avroda, Türkiyə,Rusiya...)təhsillidirlər.Əlavə olaraq coxunun beynəlxalq dil, kompyuter,bacarıq sertifikatları var.Acın peşə məktəbləri, ğöndərin ora,peşə öyrədin.Bəsdirin,boş sözlərlə "başları yastıqa qoymaq".İndi bu "naqıl"lara inanan var?

Son yazılar