Bərdədə 21 yaşlı gənc bıçaqlanaraq avtomobili qaçırılıb

Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un yerli bürosu xəbər verir ki, rayon sakini, 1996-cı il təvəllüdlü Məhərrəmov Xasay Mehman oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən X.Məhərrəmovun vəziyyəti orta ağır olaraq qalır.

Qeyd edək ki, hadisədən sonra onun avtomobili də qaçırılıb.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar