İlhamə Quliyevanın oğlu həbs olundu - FOTO

Mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov bu gün Binəqədi rayon 7-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Lent.az-ın əldə etdiyi məlumata görə O.Nadirov Əliyev Səbuhi Bayram oğlunu şəxsi azadlığa çıxardacağına söz verərək, Əliyev Kənan və Umudov Mehmandan 75-80 min manat civarında pul alıb. Xalq artistinin oğlu daha sonra vədinə əməl etməyərək, pulu geri qaytarmaq istəməyib. O, cinayət məcəlləsinin 178,2.4 maddəsi ilə ittiham olunur. Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, O.Nadirovun keçmiş dostu Vüqar Bəkirov bu ilin mayında Lent.az-a müsahibəsində bu barədə danışmışdı. O, bildirmişdi ki, O.Nadirov bir neçə şəxsə pul borcludur və buna görə də barəsində Binəqədi Rayon Polis idarəsində iş gedir. V.Bəkirov onu da əlavə etmişdi ki, Orxan onun etibarından istifadə edərək bir neçə nəfərdən pul alıb.

Xatırladaq ki, əməkdar artist Firuzə İbadova da bir müddət öncə açıqlamasında O.Nadirovun ona borclu olduğunu deyib. Müğənni hətta bununla bağlı bir neçə adiyəti orqana müraciət etdiyini də açıqlayıb.

635x100

Şərhlər

TOFİQ 2017-12-08 23:29:22

ƏSLƏN LƏNKARANDAN OLAN İLQAR CƏFƏROV NECƏ AYDİR Kİ 7-Ğİ POLİS BOLMƏSİNDƏ ONU ALDADİB 4000 MANATİNİ ƏƏ KECİRƏN İMRAN TURABOVDAN SİKAYƏTCİDİRSƏ ONUN SİKAYƏTİNƏ BAXAN YOXDUR. İS O YERƏ CATİB Kİ, SİKAYƏTCİ BUNA GORƏ OLKƏ VƏTƏNDASLİXİNDAN İMTİNA ETMƏYİ PLANLASDİRİR. ...

Son yazılar