KƏBİRƏ MƏMMƏDOVANI VURUB YIXIBLAR - “Binə” bazarında vergi qalmaqalı

Ticarət mərkəzinin sahibi Kəbirə Məmmədovanın icarədarlardan əlavə vergi pulu tələb etməsi etirazla qarşılanıb

Vergilər naziri Fazil Məmmədovun vəzifədən qəfil çıxarılması “Binə” ticarət mərkəzində qarşıdurmaya səbəb olub. Bazarın sahibi Kəbirə Məmmədovanın mərkəzdə çalışanlardan əlavə vergi pulu tələb etməsi etirazla qarşılanıb. Bu barədə criminal.az xəbər yayıb.

Sayt yazır ki, K.Məmmədova obyektlərdən birinin qarşısındakı reklam lövhəsini təpiklə aşırıb. Onun bu hərəkətindən hiddətlənən çoxsaylı sahibkarlar etiraz səsini ucaldıblar.

Yaşlı bir qadın sahibkarın Kəbirə Məmmədovanı vuraraq yıxdığı iddia olunur. Mühafizə xidməti və polislərin müdaxiləsindən sonra ara sakitləşib. Sahibkarlar bildirib ki, onlar vergi ödənişini kirayə pulu daxil olmaqla illərlə “Binə” sahibinə ödəyiblər. Satıcıların iddialarına görə, bazarın rəhbəri Kəbirə Məmmədovanın başı vergi borcuna görə dərddədir. Uzun müddət vergi borcunu verməyən qadın sahibkara bir neçə dəfə xəbərdarlıq edilib.

Related image

“Yeni Müsavat”a daxil olan xəbərdə isə deyilir ki, K.Məmmədova ilə “vurulan” vergi nazirinin işgüzar münasibətləri olub. K.Məmmədova sahibkarlardan toplanan vergiləri öz bildiyi şəkildə illərlə Vergilər Nazirliyinə ötürüb. Fazil Məmmədovun işdən qəfil çıxarılması isə avtomatik olaraq şəxsi münasibətlərə qaynaqlanan işbirliyini də aradan qaldırıb. Yəni vergi naziri dəyişdiyindən K.Məmmədova sahibkarlara müraciət etmək məcburiyyətində qalıb. Sahibkarlara aylıq ödənişlərin vergiyə görə artacağı da bildirib. Bu isə çətin iqtisadi durumda olan kiçik sahibkarların ciddi etirazı ilə qarşılanıb.

“Binə” də 3 minə yaxın sahibkarın fəaliyyət göstərdiyini nəzərə alsaq, ortada böyük vergi məsələlərinin olduğunu təxmin etmək çətin deyil. Ticarət mərkəzindəki ortabab mağazalar aylıq olaraq K.Məmmədovaya 2500-3000 manat ödəniş edirlər. Bura real vergi xərcləri də əlavə olunsa, qiymətlər avtomatik 25-30 faiz bahalaşacaq. Bu isə sahibkarların ticarət dövriyyəsinin azalmasına, müştəri qıtlığına gətirib çıxara bilər. Odur ki, “Binə”dəki sahibkarların K.Məmmədovaya etirazı başadüşüləndir. Maraqlıdır ki, Fazil Məmmədovun 18 illik nazirliyi dövründə “Binə” ticarət mərkəzi vergi şəklində dövlətə nə qədər pul ödəyib?

Yada salaq ki, işdən çıxarılması Fazil Məmmədovun özü üçün də gözlənilməz olub. “Səhhətinin ağır olması” səbəbindən işdən çıxarıldığı açıqlansa da, sabiq nazir bu məlumatı şübhə altına alan açıqlama verib. Deyib ki, “az xəstəyəm”.

635x100

Şərhlər

əli 2017-12-09 11:42:07

Vergini verməyənin yeri türmədir Faik Əmirli,Mehman müəllim ,Xədicə İsmayılı tutmaq olar bunu yox? mütləq tutulmalıdır əgər vergi borcu varsa

aydin 2017-12-09 11:42:07

ogrular turmede oturmalidir

Misir 2017-12-09 11:42:07

Mən bir dəfə bu Kəbirəni görmüşəm, Sanki özünü patişah kimi aparır.Halbuki xalqını, vətənini cevən insanlar özlərini bu dünyadakı "cəhənnəm"də hiss edirlər.

AAgahuseyn 2017-12-09 11:42:07

Hərəniz bir fikir bildirirsiz.Axı kəbirə bilir ki,verği nədir.o rüşvət alıb verməyi bilir və elə bilir verği budur.SAHİBKARLARIN belini qırıb sizin kəbirə.Ən yaxşi bildiyi söyüşdür ənvatına qismət olsun.

Ayeddin 2017-12-09 11:42:07

Haramdan yeyin..suyundan ichin....gorek neqeder davam edecek.....vay sizin haliniza vay......olub gedenden sonra ne cavab vereceksiniz?....hansi uznen gedeceksiniz?....bir sozle shuursuz insana benzer ......

Müşahidəçi 2017-12-09 11:42:07

Kəbrə xanımı qınamalı deyil. Yazıqdan hamı pul tələb edir. və o da qalıb belə. Yazıq bilmir prokurora versin, rəisə versin, pajarnikə versin, sanepidemstansiyaya versin və nələr nələr. Yazığın başı itib daha

G.M 2017-12-09 11:42:07

``Torpaqdan yaranan dönür torpağa``...Kəbirə kimi təsadüfi milyonçular Bakıda ``M``)) qədərdi.Pul-para qapmaqdan özgə heç bir Müqəddəs təxəyyülü olmuyanlar..Özləri də yığdıqlarının sayını bilmirlər.Daha doğrusu Minə qədər saymağı bacarmayanların evində milyonlar toplanıb.Nəğd pul qıtlığı yaşanır.Çürüdürlər ,ancaq dövrüyəyə qaytarmırlar,Banklara da qoymyurlar...mətləbdən bir az uzaqlaşdım.Kəbirənin isə ``parexmaxr`` işinə qayıtmasının işartısı görsənir.))

Son yazılar