PREZİDENTİN İCRA BAŞÇILARINA VERDİYİ VAXT BİTİR - Kimlər gedəcək?

Əyalətlərin tam olaraq nazirlərin nəzarətindən çıxarılması prosesi yekunlaşır

Daha 2 nazirin və 10-a yaxın icra başçısının iş karyerasına son qoyula bilər

Prezident İlham Əliyevin  bu ilin iyul ayının 12-də Nazirlər Kabinetinin geniş müşavirəsində ölkə iqtisadiyyatına özəl sərmayələrin artırılması ilə bağlı icra başçılarına verdiyi vaxt gələn həftə - dekabrın 15-də bitir. Xatırladaq ki, nazirlərin, Prezident Administrasiya rəhbərliyinin də iştirak etdiyi müşavirədə  ölkə iqtisadiyyatına özəl sərmayələrin artırılmasının vacibliyi haqda danışan dövlət başçısı icra başçıları qarşısında konkret müddət qoymuşdu.

Prezident çıxışında demişdi ki, özəl sərmayənin cəlb edilməsi üçün təkcə mərkəzi icra orqanları məsuliyyət daşımırlar: “Xüsusilə, bölgələrdə investisiyaları cəlb etmək üçün icra başçıları gərək fəal olsunlar. Bəzi yerlərdə bu fəallıq, nəticələr var, amma bəzi yerlərdə bu fəallıq yoxdur, biganəlik var”.

Image result for prezident aparatı

Dövlət başçısı konkret olaraq icra başçılarına vaxt da vermişdi. “İlin sonunda - dekabr ayında Prezident Administrasiyası və İqtisadiyyat Nazirliyi mənə məlumat, siyahı verməlidir ki, hansı rayonda nə qədər özəl sərmayə cəlb olunub. Hər bir icra başçısının işinə, o cümlədən bu göstəriciyə görə qiymət veriləcək. Bir daha deyirəm ki, dekabrın 15-də mənə geniş arayış təqdim edilsin və ondan sonra həm yüksək qiymət veriləcək, həm də cəza tədbirləri görüləcək”, deyə, prezident xəbərdarlıq etmişdi.

Məlumata görə, Prezident Administrasiyasından (PA)  bu məsələdə məsul PA-nın Regional idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyevdir.

Image result for Zeynal Nağdəliyev

Artıq uzun müddətdir ki, rayonların oliqarxlar-məmurların nəzarətindən çıxarılması və birbaşa mərkəzi icra aparatına tabeçiliyi prosesi gedir ki, bu məsələdə əsas ağırlıq şəxsən Z.Nağdəliyevin üzərindədir. Təsadüfi deyil ki, əvvəllər dövlət başçısını səfərlərində o rayona məsul nazir və deputat gözə dəyirdisə, indi bu cür görüşlərdə Z.Nağdəliyev iştirak edir, əsas təşkilatçılıq da onun məsuliyyətindədir. Sözsüz, bu cür iş prinsipi birbaşa dövlət başçısının tapşırığı ilə gerçəkləşir ki, bu da artıq öz səmərəliliyini göstərməkdədir. Bu baxımdan prezidentin icra başçılarının taleyini həll edəcək arayışı məhz PA və İqtisadiyyat Nazirliyinə həvalə etməsinin səbəbi aydındır.

İkinci tərəfdən, əyalətlərin birbaşa mərkəzi hakimiyyətə tabe edilməsi prezidentə obyektiv informasiya verilməsini də hədəfləyir. Sirr deyil ki, “qubernator” rolunu oynayan nazirlər bəzi hallarda öz adamlarını qorumaq üçün dəridən-qabıqdan da çıxırdılar ki, bu proses də artıq əngəllənib.

Image result for Prezident

“Yeni Müsavat”a daxil olan xəbərə görə, yaxın iki ayda əyalətlərin tam olaraq nazirlərin nəzarətindən çıxarılması prosesi yekunlaşacaq. Vaxtilə mərkəzi hakimiyyətin yükünü azaltmaq üçün tətbiq edilmiş bu idarəçilik artıq köhnəlib, iqtidarın işinə yaramır və hətta inkişaf prosesini əngəlləyir. Üstəlik, əyalətlərdə də geniş səlahiyyətlər almış bəzi məmurlar eyforiyaya girir, özlərini əvəzedilməz və hətta məğlubedilməz hiss edir, özlərinə “balaca padşah”lardan “komanda” belə yaratmaq niyyətinə düşür. İddialara görə, əyalətlərdə pambıqçılığın, üzümçülüyün, fındıqçılığın və digər kənd təsərrüfatı sahələrinin inkişafına dair xeyli işlər görülsə də, bu sahədə problemlər hələ qalmaqdadır. Bildirilir ki, rayona sərmayə cəlb etmək, yeni iş yerləri açmaq, yerli əhalinin problemlərinə daha həssas və çevik münasibət göstərmək əvəzinə, bəzi rayonlarda yenə ciddi irəliləyiş olmayıb. Bu səbəbdən 10-a yaxın icra başçısının dəyişdiriləcəyi ilə bağlı xəbərlər yayılıb.

Image result for məmurlar

Başqa bir mənbə isə iddia edir ki, gözlənilən dəyişikliklər  iqtisadi nazirlik və komitələri də əhatə edəcək, ilin sonuna qədər isə bu seferada daha 2 nazir postunu itirəcək.

Deyilənlər doğrudursa, bizi (xüsusən medianı) qarşıda maraqlı həftə və il sonu gözləyir. Biz də gözləyək...

635x100

Şərhlər

oxucu 2017-12-09 14:50:02

Nağd alan MEGER "крыша" fealiyyetinden el chekermi ? Yuksek vezifeli memurlarin chox bir qismi, OZBASHINALIQ ile meshquldur, bu barede azpolitika.info ve bashqa saytlar MUNTEZEM yazir, lakin "крыша" -nin "derisi qalindir" - "толстокожый" ve butun IFSHA EDICI FAKTLARLA YAZILAN MEQALELERE MEHEL QOYMUR..., DEREBEYLIK, TALANCHILIQ, RUSHVET - KORRUPSIYA TUQYAN EDIR ...

S.Ənvər qızı-Şəki 2017-12-09 14:50:02

Hörmətli cənab Prezident,məmurları işdən azad etməklə kifayətlənmək olmaz,çünki onlar dövlətin vəsaiti hesabına milyonları mənimsəyiblər və xalqımızın Ümummilli Lideri H.Əliyevin qanıbahasına qurub-yaratdığı Azərbaycanımız üçün təhlükə mənbəyidirlər. Onlar öz xidmətləri ilə Sizin etimadınızı doğrultmaq əvəzinə,vəzifələrindən sui-istifadə etməklə"Villa"lar və ticarət obyektləri yaratmaqla məşğul olublar və dövlətimizi,xalqımızı və cənab Prezidentimizi qəlbən sevən kadrları"Jantaş"edərək işdən azad ediblər..

Cemwid muellime 2017-12-09 14:50:02

Muellim,umudunuzu uzmeyin indi qiwdir,inwallah yaz geler her wey yaxwi olar,hele yoncada bitecek.

Qacqın 2017-12-09 14:50:02

Ezizim bizim şerhi niye vermirsiz xalq oxuya biz prezdente hecne demirikki sadece bizde sivil dünya kimi prezdent seckisi ile prezdet deyişmek isteyirikki dünya bize inansın ver her yerde azerbaycanı nümüne göstürsinler bu yaznı sayta buraxın yene deyirem prezdente hecne demirik hetda prezdentin özüde xaricde hörmetle qebul edilerki azerbaycanın eks prezdenti kimi

Vetandash 2017-12-09 14:50:02

Nesimi Rayonu Icra bashcisinida cixartmaq lazimdi. Seher in merkezinde torpaq satiblar Qanunsuz Aslan MTK adli bina Tikilib duz 10 ildi. Hec kes maraqlanmirki Ferhad Abbasov Gulbaba oqlu bu binani icazesiz nece tikis seherin duz gobeyinde.

qaxlı 2017-12-09 14:50:02

Mən çox istəyərdim ki,bu siyahıda Qaxın İcra Başçısı da olsun.Ona görə ki Qaxda həyat dayanıb.Ancaq Qax Əhmədzadələr üçündür.

REDAKTOR 2017-12-09 14:50:02

SƏHƏR MERİNDƏN BASLAYARAQ SƏHƏRİN NİZAMİ, XƏTAİ,SsABUNCU,SsURAXANİ VƏ NƏHAYƏT 25 İLDƏN COX KRESLOSUNU İYLƏDƏN XƏZƏR RAYON İCRA BASCİLARİ İLƏ VİDALASMAĞİN VAXTİ DƏYİLMİ? BU RAYONLARİN İCƏRİSİN DƏ İSƏ MARAQ DOĞURAN VƏ RAYONUN UMUMİ İSDİFADƏSİNDƏ OLAN, KAMUNİKASİYA VƏ DİGƏR ƏHƏMİYYƏTLİ XƏTLƏRİN MUHAFİZƏ ƏRAZİLƏRİNDƏKİ, YASİLLİQ, PARK VƏ AĞACLARİN QİRİLARAQ YERLƏRİNDƏKİ TORPAQLARİ SOZUN ƏSL MƏNASİNDA HƏRRACA QOYAN XƏTAİ RAYON İHB RAZİM MƏMMƏDOV İSDƏ VERDİYİ CİDDİ NOQSANLARA GORƏ PROKUROR YOXLAMALİDİR

Pilaga Memmedov 2017-12-09 14:50:02

Goresen ele icra bascisi olacaqki,vetandasin derdi ile derinden maraglansin,xalqi sixmasin.. Belediyyeler hacan duzelecey,xalqdan nevaxta qeder pambiqciliq adiynan kullu miqdarda ruwvet toplayacaq.. ehh

Cəmşid Dərələyəzli 2017-12-09 14:50:02

İcara başçıları, sahibkarları sıxmasınlar yetər. Kənardan gələnə də dərhal racon kəsirlər. Bu halları törədən icra başçıları neçəki çəzalandırılmayıblar, bu belə də davam edəcək. Cəza da təkcə işdən çıxarılma ilə verilməməlidir. Bütün fəaliyyətləri yoxlanılmalı, xalqdan və dövlətdən çaldıqları, qəpiyinə kimi əllərindən alınmalı və yatab edilməli. Bəlkə onda Cənab Prezidentin qarşıya qoymuş olduğu hədəflərə ulaşıla. Yoxsa əksəriyyət bu kimi başçılarla mümkün deyil. Bəzilləri hətta rayon ərazisində tırədilən cinayət hadisələrininin iştirakçılarını belə, himayə etməklə məşquldur. Bütün bunlar isə uzun illər məmur cəzasızlığının nəticəsidir. Onların bəziləri o həddə harınladılar ki, artıq Cənab Prezidentin dəfələrlə etdiyi xəbərdarlıqlara belə məhəl qoymadılar. Belələrindən biri də, Pirallahı Rayon İcra hakimiyyətinin başçısı Vasif İmanovdur. Belə ki, o məmurlarının iştirakı ilə törədilmiş ölüm hadisəyə görə onları himayə edir. Hansı ki, yeddi aylıq istintaqdan sonra hadisə ilə bağlı səkkiz aydan artıqdır sürən məhkəmə iclaslarında qondarma şahidlərin və ilkin istintaqın "təqsirkar" bildiyi şəxsin ifadələri tamami ilə ziddiyət təşkil edib. Bu da əsil cinayətkarın başqası olduğunu bir daha sübut etmiş olur. Lakin Vasif İmanovun vəzifəsindən istifadə edib, bütün kanalları susdurmağa səy göstərməsi və yüzlərlə edilmiş müraciətlərə rəğmən, (cinayət tərəfi bir yana?). hadisənin iştirakçıları olan Manaf Manafovu ( hətta Manafı YAP İH və şurasında saxlaması) və Həsən Niftəliyevi etdikləri qeyri insani hərəkətlərdən dolayı, hayla vəzifələrində saxlaması və qeyd etdiyim kimi onları qoruması Cənab Prezidentin etdiyi bütün xəbərdarlıqlara sayqısızlıqdır və həyasızlıqdır. Hətta Vasif İmanov 14.08.2017-ci il tarixdə məhkəməyə ilk dəfə ifadə üçün çağırılan Manaf Manafovun "təhlükəsizliyini" təmin etmək üçün, məhkəmə zalına polis, prokrorluq, icra, JEK işçilərindən ibarət bir ordu adam göndərmişdir. Onlar bu əşkiya sayağı hərəkətiləri ilə, dövlətin ən ali qurumlarından biri oılan məhkəmə və ədliyyənin nüfuzuna kölgə düşürmüş oldular. Qeyd etdiyimiz kimi, bu belə davam edə bilməz. Onların bu sayqısızlığı eyni zamanda Cənab Prezidentin bunca gördüyü işlərə, yerlərdə bir kölgədir.. Ümid edirik ki, nəhayyətdə Cənab Prezident, Birinci Vitse Prezident bu sayaq qudurğan və harın məmurlara qarşı qəti mövqe bildirəcəklər. Onlarla bağlı son qərar artıq ölkə başçısınındır. Görünən o ki, söz artıq kar salmadı.. Bu isə yaxşı əlamət deyil.

Şəkidən 2017-12-09 14:50:02

Cənab Prezidentimizin İcra Başçılarına verdiyi vaxt bitdi,ancaq heç bir yenilik hələki yoxdur.................?

Şəkidən 2017-12-09 14:50:02

Şəki 6-ildir ki, İcra Başçısızdır...?

Son yazılar