BAKI METROPOLİTENİNDƏ AKSİYA - Yüzlərlə işçi ixtisara salınır

Təkcə bir idarədə 70 nəfər ixtisara düşüb

Dekabrın 9-da Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin qarşısına toplaşan işçilər deyirlər ki, onlara işdən çıxma ərizəsini imzalamaq təklif olunub.

Aksiyaçılardan biri Sarı Əsgərov BBC Azərbaycancaya deyib ki, o, uzun illərdir bu qurumda çalışıb və ixtisara düşməsini eşidəndə çox təəccüblənib:

“İxtisaslı fəhləyəm, bir müddətdir, arada öz hesabımıza məzuniyyətə buraxırdılar, maaş ala bilmirdik. Amma yenə də dözürdük ki, iş yeridi. İndi mən hara gedim, ailəmi nə ilə dolandırım?”

“Adımız siyahıya qərəzli salınıb”

Qurumun Tunel Tikinti dəstəsi 2 saylı idarəsinin işçisi Tural Hüseynoğlu da adının “ixtisar siyahısında” olduğunu deyir:

“Ümumilikdə, 230 nəfərin ixtisara düşməsi ilə bağlı məlumat var. Bizim idarədə 70 nəfər ixtisara düşüb”.

Tural Hüseynoğlunun sözlərinə görə, ixtisara düşənlərin əksəriyyəti gənc kadrlardır və o əlavə edir ki, ixtisarın hansı kriteriyalar əsasında aparıldığı onlar üçün qaranlıqdır:

“24 yaşım var, yeraltı qazmaçıyam, 5 ildir burda işləyirəm. Pis işçi sayılmıram, eləcə də adı siyahıda olanların çoxu yaxşı işçilər hesab olunub. Biz hesab edirik ki, adımız ixtisar siyahısına qərəzli salınıb”.

Aksiyaçılar deyirlər ki, əmək müqaviləsində müqavilənin “qarşılıqlı razılaşma şəklində pozulması” ilə bağlı müddəa var. Ona görə də əmrlə onları işdən çıxara bilmirlər, işdən çıxma ərizəsinə onlardan imza atılması tələb olunur, onlar deyirlər.

Tural Hüseynoğlu əlavə edir ki, aksiyaya çıxanlar könüllü ərizə yazmayanlardır və əmək müqaviləsinə xitam verilməsini istəmirlər:

“Biz haqlarımızı qoruyacağıq. Prezident Administrasiyasında olmuşuq. Bizə vəd veriblər ki, məsələni yoluna qoyacaqlar”.

“İş həcmi azadlığı üçün əmək müqaviləsinə xitam verilir”

“Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidməti və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Nəsimi Paşayev BBC Azərbaycancaya bildirib ki, “iş həcmi azaldığı üçün” qarşılıqlı razılaşma əsasında əmək müqaviləsinə xitam verilir.

Onun sözlərinə görə, qarşılıqlı razılaşma əsasında işdən çıxan şəxslərə “orta aylıq əmək haqqının iki misli miqdarında ödəniş” də edilir: “Hətta razılaşmada qeyd olunur ki, gələcəkdə iş həcmi artarsa, yəni təkrar yeni işçilərə ehtiyac olarsa, öncə işdən çıxan həmin şəxslərə üstünlük veriləcək”.

Nəsimi Paşayev deyir ki, hazırda 50 işçi ilə “qarşılıqlı razılaşma əsasında” müqavilə dayandırılıb.

“İxtisar kriteriyası belədir ki, əgər hazırda, məsələn, qazma işi aparılmırsa, onda qazmaçıyla əmək müqaviləsini dayandırırıq. Ya da işin həcmi azalırsa, iki qazmaçı arasında biri işdə saxlanılır. Bu zaman onların arasında razılaşma əldə olunmasına çalışır. Ya da sosial kriteriyalara üstünlük verilir”.

Nəsimi Paşayev deyir ki, sosial kriteriyalar dedikdə şəxs əgər “şəhid ailəsidirsə, ya qaçqın və ya məcburi köçkündürsə, bu zaman onun işdə saxlanmasına üstünlük verilir”.

635x100

Şərhlər

G.M 2017-12-09 15:13:24

S.Müslümova müraciət edin..ixtisası olanlara iş tapmağa nazirimiz başıyla cavabdehdir....özünün dediyinə inansaq sözünün sahibidir.Ancaq sifətində başqa cizgilər də var.

məmmədqulu 2017-12-09 15:13:24

"Yapon İmperatorları" AzTV-telekanalizasiyasından (Z.H.) danışanda tüklü toyuq yerləşmir.... Bəs hanı bunların açdığı 1 milyon 2oo min iş yerləri?? Cəmaət bir az səbr edin pambıqçılıq kimi, baramaçılıq da ölkədə işsiz adam qoymayacaqdır!! (Hamını basıb kitayski baramalar yeyəcəkdir). "Şiroko şaqaet Azerbaycan po maqazinam Tbilisi i İstanbula (ranşe bıl Yerevan)!"

omer 2017-12-09 15:13:24

Qeti qol cekmeyin..geceler yata bilmeyeceksiz..demeli yeqin yuxaridan wifahi emr gelib ki,camaati oz xowuna cixarin

Mühəndis B. 2017-12-09 15:13:24

50 yaşına qədər bütün tikinti-quraşdırma, qaynaq mütəxəssisləri və fəhlələrini ilkin sertifikasiyadan keçirərək ailəsi ilə razılıq müqaviləsi əsasında(Baykal-Amur mağistralı analoqu üzrə) qruplar halında üç illiyə xaricdə-Qaz ixracı kəmərinin tikintisində işlə təmin etmək ədalət haqqı olardı?

Oxucu 2017-12-09 15:13:24

Bu qaçqın söhbeti de bir edaletsizlikdir. Bakıda yaşayan qaçqınla , qaçqın olmayanın ne ferqi var ki? Pis yaxşı hamının yaşamağa bir küncü var. Bele olan halda ayrı seçkilik neye lazımdır? Qaçqın olmayanın evde pul kesen maşını var?

İlmeh Feod 2017-12-09 15:13:24

Hörmətli OXUCU, "Qaçgəltut" komitəsinin siyahısı A.Hakimiyyətə əl-dil uzadanlar, B.Onların Bakı dəstəsi, C.İşğalçı qətlindən qaçanlar və D.(Milyon-630 min)lərdən ibarətdir. A və B siniflərini elit etnosu kimi, C sinifini dövlətin imkanı olanda və D sinifini Sədrin nəfinə fərqli üstünlükləri üzrə təmin edirik.

kohne 2017-12-09 15:13:24

yene qacqin,kockun.Olmaz insanlari bir birine qarshi qoymayin.25 illik qacqin olar?Ele qacqin var,menim kimisinin 100-unu saxlayar.Yerinde yoxlamaq lazimdir,her kesi.Mutleq.Sosial durumu haqqinda arayish yigilmalidir.Tereqqinin bu dovrunde bu2x2 dir.

cəngərlik sakini 2017-12-09 15:13:24

QƏTİ İNANMIRAM.CƏNAB MÜSLÜMOVUN DEDİYİNƏ GÖRƏ AZ QALA HƏR GÜN MİNLƏRLƏ İŞ YERİ AÇILIR İXTİSAR OLA BİLMƏZ.MÜSLÜMOVA ŞƏR ATMAYIN.

Son yazılar