BƏƏ Trampın Qüdslə bağlı qərarını "terrorçulara hədiyyə" adlandırıb

ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımaq qərarı terrorçulara hədiyyədir.

“Report” xəbər verir ki, bunu BƏƏ-nin xarici işlər üzrə dövlət naziri Ənvər Qarqaş deyib.

"Trampın Yerusəlim ilə bağlı qəbul etdiyi bu kimi qərarlara terrorçulara hədiyyə kimi baxmaq olar", — deyə "Al Arabiya" telekanalı onun sözlərini sitat gətirib.

Nazir əlavə edib ki, ekstremistlər bu əməldən "öz nifrət səslərini ucaltmaq və terror aksiyalarını gücləndirmək" üçün istifadə edə bilərlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar